az en
News / “Srvena Svezda” – “Mançester Siti” oyununun hakimləri açıqlanıb

“Srvena Svezda” – “Mançester Siti” oyununun hakimləri açıqlanıb

Çempionlar Liqası Dərc olundu: 11.12.2023 Çap
FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
“Srvena Svezda” – “Mançester Siti” oyununun hakimləri açıqlanıb
UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turu çərçivəsində dekabrın 13-də keçiriləcək “Srvena Svezda” (Serbiya) – “Mançester Siti” (İngiltərə) oyununun baş hakimi Əliyar Ağayev olacaq. Ona FIFA referi köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Alper Ulusoy (Türkiyə), AVAR isə Abdulkadir Bitigen (Türkiyə) olacaq.
Baş Sponsor 
Partnyorlar