az en
News / “Qarabağ” mübarizəni Avropa Liqasında davam etdirəcək

“Qarabağ” mübarizəni Avropa Liqasında davam etdirəcək

Çempionlar Liqası Dərc olundu: 02.08.2023 Çap
UEFA Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” turnirin ikinci mərhələsində mübarizəni dayandırıb.
“Qarabağ” mübarizəni Avropa Liqasında davam etdirəcək
Təmsilçimiz Çempionlar Liqasının ikinci mərhələsinin cavab oyunu çərçivəsində Bakı Olimpiya Stadionunda Polşanın "Rakuv" klubu ilə qarşılaşıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. “Qarabağ”ın heyətində 60-cı dəqiqədə Redon Cica fərqlənib. Təmsilçimiz iki oyunun nəticəsinə əsasən, Çempionlar Liqasında çıxışını dayandırsa da, mübarizəni Avropa Liqasının üçüncü təsnifat mərhələsində davam etdirəcək. “Qarabağ” liqanın bu mərhələsində Finlandiyanın HİK klubu ilə qarşılacaq.
Qeyd edək ki, Avropa Liqasında üçüncü təsnifat mərhələsinin oyunları 10-17 avqust tarixlərində keçiriləcək.
 
Baş Sponsor 
Partnyorlar