Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün pley-off mərhələsində ilk oyununa çıxıb.
Komanda İngiltərənin “Nyukasl” kollektivini qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş qonaqların 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ”ın heyətində qolu 54-cü dəqiqədə Elvin Cəfərquliyev vurub.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı fevralın 24-də Nyukasl şəhərində yerləşən “Sent-Ceyms Park” stadionunda keçiriləcək.