az en
News / U-16 Qızlar Liqasının qalibləri mükafatlandırıldı (fotolar)

U-16 Qızlar Liqasının qalibləri mükafatlandırıldı (fotolar)

U-16 qızlar Liqası Dərc olundu: 12.06.2026 Çap
AFFA U-16 Qızlar Liqasında 2025/2026-cı illər mövsümünün qalibləri mükafatlandırılıb.
U-16 Qızlar Liqasının qalibləri mükafatlandırıldı (fotolar)
Şağan Olimpiya İdman Kompleksinin meydançasında təşkil edilən tədbirdən əvvəl sonuncu turun oyunu baş tutub. 26-cı turun son qarşılaşmasında “Ulduz” “Marxal” üzərində qələbə qazanıb. Beləliklə, 72 xal toplayan “Ulduz” mövsümü çempion kimi, 63 xala malik “Təhsil” ikinci, 60 xalla “Sumqayıt” üçüncü pillədə başa vurub.
Matçın ardından mükafatlandırma mərasimi keçirilib. Çempionatda 3-cü yeri tutan “Sumqayıt” bürünc, 2-ci pillənin sahibi “Təhsil” gümüş medallarla təltif olunub. Çempion “Ulduz” isə qızıl medallar və kubok təqdim edilib.
Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. Aktivinə 50 qol yazdıran “Ulduz”un futbolçusu Zəhra Abdullayeva ən məhsuldar oyunçuya verilən mükafatın sahibi olub. Mövsümün ən yaxşı oyunçusu isə “Təhsil”in üzvü Nuray Əzizova seçilib.
Mükafatları AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, texniki direktor Emrah Aykurt və qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov təqdim ediblər.
 
Baş Sponsor