Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” pley-off mərhələsində cavab oyununa çıxıb. Komanda İngiltərənin “Nyukasl” kollektivinin qonağı olub.
Nyukasldakı “Sent Ceyms Park” stadionunda keçirilən görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"ın heyətində qolları 51-ci dəqiqədə Kamilo Duran və 57-ci dəqiqədə Elvin Cəfərquliyev vurublar. Bakıdakı ilk matçda da 1:6 hesabı ilə məğlub olan “Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırıb.