Dekabrın 12-dən 14-dək AFFA-nın Lisenziyalaşdırma Qrupunun üzvləri Bəhram Dadaşov, Aynur Abdullayeva və Fərhad Ələkbərov Belarusun paytaxtı Minskdə səfərdə olublar.
Belarus Futbol Federasiyasının Lisenziyalaşdırma Qrupunun üzvləri ilə görüş keçirən AFFA nümayəndələri ətraflı fikir mübadiləsi aparıb, lisenziya sahəsi ilə bağlı təcrübələrini bölüşüblər. Səfər çərçivəsində “Dinamo” stadionun əməkdaşları ilə də görüş keçirilib, nümayəndələrimiz Belarus Futbol Federasiyasının Futbol Akademiyasında yaradılmış şəraitlə tanış olub.
Analoji görüşün Bakıda da təşkil olunması ilə bağlı razılıq əldə edilib.