az en
News / Millimiz Fransa yığması ilə qarşılaşıb

Millimiz Fransa yığması ilə qarşılaşıb

A milli (Çimərlik) Dərc olundu: 22.09.2023 Çap
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Alghero şəhərində təşkil olunan Avropa Superfinalında növbəti oyununu keçirib. Komandamız 15-12-ci yerlər uğrunda oyunda Fransa yığması ilə qarşılaşıb. Oyun 9:3 hesabı ilə rəqib komandanın xeyrinı başa çatıb. Millimizin heyətində Elşad Manafov dubl edib, digər qolu isə Tural Qurbatov vurub. Komandamız turnirdə növbəti oyununu sabah 15-12-ci yerlər uğrunda oyunda Yunanıstan yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
Millimiz Fransa yığması ilə qarşılaşıb
Baş Sponsor 
Partnyorlar