az en
News / Millimiz sonuncu oyununu keçirib

Millimiz sonuncu oyununu keçirib

A milli (Çimərlik) Dərc olundu: 24.09.2023 Çap
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Alghero şəhərində təşkil olunan Avropa Superfinalında sonuncu oyununu keçirib. 
Millimiz sonuncu oyununu keçirib
Moldova yığması ilə qarşılaşmanın əsas vaxtı 4:4 hesabı ilə başa çatıb. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən Moldova yığması yekunda 4:1 hesabı ilə qələbə qazanıb. Millimizin qollarını Orxan Məmmədov (3) və Sabir Allahquliyev vurub. Yekunda Superfinalı 14-cü pillədə tamamlayan komandamız A Divizionundakı yerini itirərək B Divizionuna düşüb.
Baş Sponsor 
Partnyorlar