az en
News / Millimiz qələbə qazanıb

Millimiz qələbə qazanıb

A milli (Çimərlik) Dərc olundu: 23.09.2023 Çap
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Alghero şəhərində təşkil olunan Avropa Superfinalında növbəti oyununu keçirib. Yunanıstan yığması ilə qarşılaşan komandamız 6:3 hesabı ilə qalib gəlib. Millimizin qollarını Ramil Əliyev (3), Amid Nəzərov (iki) və Orxan Məmmədov vurub. Komandamız sabah 15-12-ci yerlər uğrunda qarşılaşmada Moldova yığması ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 12:15-də başlayacaq.
Millimiz qələbə qazanıb
Baş Sponsor 
Partnyorlar