az en
News / Millimiz (Futzal) Gürcüstan yığması ilə qarşılaşıb (fotoreportaj)

Millimiz (Futzal) Gürcüstan yığması ilə qarşılaşıb (fotoreportaj)

Futzal Dərc olundu: 14.04.2024 Çap
Bu gün Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq oyunu keçirib.
Millimiz (Futzal) Gürcüstan yığması ilə qarşılaşıb (fotoreportaj)
Komandamız Tbilisi İdman Sarayında Gürcüstan yığması ilə qarşılaşıb. Oyun 3:2 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb. Qarşılaşmada hesabı meydan sahibləri açıb. Ardınca Novruz Kazıxanov Ülvi Əliyevin qapıya paralel ötürməsini qolla tamamlayıb. Lakin fasiləyə qədər Gürcüstan yığması daha bir qol vurub. İkinci hissədə rəqib fərqi iki topa çatdırsa da, 32-ci dəqiqədə Əmir Şojaeinin yaratdığı epizodu Xəzər Ağalızadə qolla tamamlayıb. Bu komandalar arasında növbəti oyun 2 gün sonra – aprelin 16-da, saat 19:00-da Tbilisi İdman Sarayında keçiriləcək.
 
Baş Sponsor 
Partnyorlar