az en
News / Millimiz heç-heçə edib

Millimiz heç-heçə edib

Futzal Dərc olundu: 08.04.2021 Çap
Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Slovakiya yığmasıyla qarşılaşıb. Levice şəhərindəki Levice İdman zalında keçirilən oyun 1:1 hesabı ilə başa çatıb. Millimizin heyətində Everton Kardoso fərqlənib. Xallarının sayını 13-ə yüksəldən millimizin qrupu ilk pilədə başa vuracağı dəqiqləşib.
Seçmə mərhələnin son oyununda millimiz aprelin 14-də, Bakı İdman Sarayında Yunanıstan yığması ilə üz-üzə gələcək. 
 
Millimiz heç-heçə edib
Baş Sponsor 
Partnyorlar