az en
News / Millimiz qələbə qazanıb

Millimiz qələbə qazanıb

U-17 Dərc olundu: 25.02.2021 Çap
Tovuzda “Turan Tovuz” Futbol Akademiyasında təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. “Turan Tovuz”la oyun millimizin 2:0 hesablı qələbəsilə başa çatıb. U-17-nin qollarını Nahid Əliyevə və Sənan Ağalarov vurub. Millimiz hazırlıq çərçivəsində növbəti oyununu fevralın 28-də “Qəbələ”nin U-19 komandasına qarşı keçirəcək.
Millimiz qələbə qazanıb
Baş Sponsor 
Partnyorlar