az en
News / İntizam Komitəsi qərarları

İntizam Komitəsi qərarları

İntizam Komitəsi Dərc olundu: 24.01.2023 Çap
12 yanvar 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Kəpəz” –“Zirə” oyununda “Kəpəz” klubunun 9 nömrəli futbolçusu Hüseyn Bayramov qarşılaşmanın 90+3-cü dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın. (maddə 47.1).
İntizam Komitəsi qərarları
12 yanvar 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Səbail” –“Neftçi” oyununda “Neftçi” klubunun 9 nömrəli futbolçusu Oruc Məmmədov qarşılaşmanın 82-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı və meydanı tərk edərkən “Səbail” komandasının ünvanına qeyri etik ifadələr işlətdiyi üçün 4 oyun cəzalandırılsın. (maddə 41.3).
 
12 yanvar 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Səbail” –“Neftçi” oyununda “Səbail” klubunun baş məşqçisi Müşviq Qənbərov və “Neftçi” komandasının baş məşqçisi İlyas Qurbanov öz aralarında davamlı şəkildə mübahisə etdiyi üçün hakim tərəfindən “Səbail” klubunun baş məşqçisi Müşviq Qənbərov qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 5 oyun cəzalandırılsın. (maddə 41.4).
 
12 yanvar 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Səbail” –“Neftçi” oyununda “Səbail” klubunun baş məşqçisi Müşviq Qənbərov və “Neftçi” komandasının baş məşqçisi İlyas Qurbanov öz aralarında davamlı şəkildə mübahisə etdiyi üçün hakim tərəfindən “Neftçi” komandasının baş məşqçisi İlyas Qurbanov qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 5 oyun cəzalandırılsın. (maddə 41.4).
 
14 yanvar 2023-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Xan Lənkəran” – “Zirə” oyununda “Xan Lənkəran” komandasının 3 nömrəli futbolçusu Fərhad Balayev qarşılaşmanın 80-ci dəqiqəsində düşüncəsiz hərəkətə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın. (maddə 47.1).
 
14 yanvar 2023-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Xan Lənkəran” – “Zirə” oyununda “Xan Lənkəran” komandasının baş məşqçisi Ramiz Hüseynov qarşılaşmanın 40-cı dəqiqəsində meydana daxil olaraq kəskin şəkildə etiraz etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 1 oyun cəzalandırılsın. (maddə 47.2).
 
14 yanvar 2023-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Neftçi” - “Səbail” oyununda “Neftçi” klubunun 20 nömrəli futbolçusu Rəhman Tahirli qarşılaşmanın 21-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın. (maddə 47.1).
 
15 yanvar 2023-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Sumqayıt” –“Sabah” oyununda “Sabah” klubunun 12 nömrəli futbolçusu Fəyyəz Mehdizadə qarşılaşmanın 81-ci dəqiqəsində rəqib oyunçunu təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılsın. (maddə 41.1).
 
13 yanvar 2023-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Səbail” –“Neftçi” PFK oyununda “Neftçi” klubunun 3 nömrəli futbolçusu Fərid Əhmədov qarşılaşmanın 23-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın. (maddə 47.1). 
Baş Sponsor 
Partnyorlar