az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 08.09.2020 Çap
İntizam Komitəsinin qərarları
21 avqust Premyer Liqanın I turunun “Neftçi” – “Səbail” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
 
21 avqust Premyer Liqanın I turunun “Sumqayıt” – “Keşlə” oyununda “Keşlə” klubunun 3 nömrəli futbolçusu Tərlan Quliyev sifariş vərəqəsində qeyd olunmuş nömrəsindən fərqli nömrəli formada meydana çıxdığı üçün klub 800 manat cərimə olunur. (maddə 69)
 
23 avqust Premyer Liqanın I turunun “Qəbələ” – “Zirə” oyununda oyunöncəsi təcili yardım nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunur. (maddə 62)
 
23 avqust Premyer Liqanın I turunun “Qəbələ” – “Zirə” oyununda topdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 800 manat cərimə olunur. (maddə 64)
 
23 avqust Premyer Liqanın I turunun “Qəbələ” – “Zirə” oyununda “Zirə” klubunun 21 nömrəli futbolçusu Hacıağa Hacılı qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimə olunur. (maddə 47)
 
Baş Sponsor 
Partnyorlar