az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 23.02.2021 Çap
İntizam Komitəsinin qərarları
19.02.2021-ci ildə Premyer Liqanın XVI turunun “Sumqayıt” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 8 nömrəli futbolçusu Uroş Matiç-in futbol formasında standartlar pozulduğu üçün klub 3000 manat cərimə olunur. (maddə 69.3)
 
20.02.2021-ci ildə Premyer Liqanın XVI turunun “Keşlə” – “Zirə” oyununda matçın 61-ci dəqiqəsində “Zirə” klubunun 44 nömrəli futbolçusu Dmitrios Çantakias “aqresiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır klub 1600 manat cərimələnir. (maddə 37.1)
 
20.02.2021-ci ildə Premyer Liqanın XVI turunun “Neftçi” – “Qəbələ” oyununda “Qəbələ” klubunun baş məşqçisi Elmar Baxşıyev ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 800 manat cərimələnir. (maddə 61.1)
 
20.02.2021-ci ildə Premyer Liqanın XVI turunun “Neftçi” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
 
17.02.2021-ci ildə I Divizionun XIV turunun MOİK – “Zaqatala” oyununda MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
17.02.2021-ci ildə I Divizionun XIV turunun MOİK – “Zaqatala” oyununda xərəkdaşıyan və topdaşıyan şəxslərin say tərkibi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunur. (maddə 64.2)
 
17.02.2021-ci ildə I Divizionun XIV turunun MOİK – “Zaqatala” oyununda “Zaqatala” klubunun qapıçısının geyim formasında qüsur olduğuna görə matç gec başlandığı üçün klub 80 manat cərimə olunur. (maddə 69.5)
 
16.02.2021-ci ildə I Divizionun XIV turunun “Keşlə-2” – “Neftçi-2” oyununda “Keşlə-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
16.02.2021-ci ildə I Divizionun XIV turunun “Keşlə-2” – “Neftçi-2” oyununda “Keşlə-2” klubunun 14 nömrəli futbolçusu Turan Vəlizadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimələnir. (maddə 47)
 
16.02.2021-ci ildə I Divizionun XIV turunun “Keşlə-2” – “Neftçi-2” oyununda “Keşlə-2” klubunun 90 nömrəli futbolçusu Orxan Fərəcov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimələnir. (maddə 47)
 
16.02.2021-ci ildə I Divizionun XIV turunun “Keşlə-2” – “Neftçi-2” oyununda “Keşlə-2” klubunun qapıçısının geyim formasında qüsur olduğuna görə matç gec başlandığı üçün klub 80 manat cərimə olunur. (maddə 69.5)
 
16.02.2021-ci ildə I Divizionun XIV turunun “Keşlə-2” – “Neftçi-2” oyununda “Neftçi-2” klubunun 75 nömrəli futbolçusu Nihad Qurbanlı “sonuncu ümid folu”na görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimələnir. (maddə 47)
Baş Sponsor 
Partnyorlar