az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 23.09.2021 Çap
İntizam Komitəsinin qərarları
18.09.2021-ci ildə Premyer Liqanın IV turunun “Qəbələ” – “Səbail” oyununda  matç gec başlandığı üçün meydan sahibi klub 3200 manat cərimə olunur. (maddə 59.4)
 
18.09.2021-ci ildə Premyer Liqanın IV turunun “Qəbələ” – “Səbail” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
 
18.09.2021-ci ildə Premyer Liqanın IV turunun “Qəbələ” – “Səbail” oyununda “Səbail” klubunun 77 nömrəli futbolçusu Ədilxan Qarəhmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimə olunur. (maddə 47.1)
 
21.09.2021-ci ildə I Divizionun II turunun MOİK – “Səbail-2” oyununda matç gec başlandığı üçün meydan sahibi klub 160 manat cərimə olunur. (maddə 59.4)
 
21.09.2021-ci ildə I Divizionun II turunun MOİK – “Səbail-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur. (maddə 62.2)
 
22.09.2021-ci ildə I Divizionun II turunun “Keşlə-2” – “Sabah-2” oyununda hər iki klub oyunçularının geyimlərindəki qüsurlara görə oyun gec başlandığı üçün hər iki klub 80 manat cərimə olunur. (maddə 69.5)
 
22.09.2021-ci ildə I Divizionun II turunun “Qaradağ Lökbatan” – “Kəpəz” oyununda “Qaradağ Lökbatan” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
22.09.2021-ci ildə I Divizionun II turunun “Qaradağ Lökbatan” – “Kəpəz” oyununda matç gec başlandığı üçün meydan sahibi klub 160 manat cərimə olunur. (maddə 59.4)
 
22.09.2021-ci ildə I Divizionun II turunun “Zaqatala” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
Baş Sponsor 
Partnyorlar