az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 30.09.2022 Çap
26.09.2022-ci il tarixində futzal üzrə Yüksək Liqanın I turunun U-19 – “Record Club” oyununun 37-ci dəqiqəsində “Record Club” klubunun 5 nömrəli futbolçusu Əhməd İsmayılov aqressiv davranışa görə qırmız vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
 
İntizam Komitəsinin qərarları
22.09.2022-ci il tarixində Gənclər Liqasının IV turunun “Səbail” – “Sabah” oyununda “Səbail” klubunun 9 nömrəli futbolçusu Adəm Topalov oyunun 95-ci dəqiqəsində qeyri- idman hərəkəti etdiyinə görə  qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
22.09.2022-ci il tarixində Gənclər Liqasının IV turunun “Səbail” – “Sabah” oyununun 96-cı dəqiqəsində “Sabah” klubunun 7 nömrəli futbolçusu Məhəmməd Əliyev ciddi qayda pozuntusu etdiyinə görə  qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 36.1).
 
23.09.2022-ci il tarixində U-16 Liqasının IV turunun “Qarabağ” – “Sumqayıt” oyununun 47-ci dəqiqəsində “Sumqayıt” klubunun 12 nömrəli futbolçusu Rəvan Qənbərov rəqibi aşkar qoldan məhrum etdiyinə görə  qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
24.09.2022-ci il tarixində U-15 Liqasının V turunun “Neftçi” – “Vətən” oyununun 64-cü dəqiqəsində “Vətən” klubunun 3 nömrəli futbolçusu Sadiq Tağızadə qeyri-idman hərəkəti etdiyinə görə bir oyunda ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
25.09.2022-ci il tarixində U-13 Liqasının I turunun “Ərgünəş” – UGİŞM oyununda UGİŞM klubu oyunun protokolunu göndərmədiyinə və oyundan öncə lisenziyanı təqdim etmədiyinə görə (oyuna gələrkən lisenziyaları yox idi) komandalar 20-30 dəqiqə gözlədildiyi üçün UGİŞM klubuna 0:3 hesabı ilə məğlubiyyət verilir.
 
25.09.2022-ci il tarixində U-17 Liqasının VIII turunun “Qarabağ” – İCBFA oyununun 86-cı dəqiqəsində İCBFA klubunun 4 nömrəli futbolçusu Elvin Əliyev hakimə qarşı təhqiredici sözlərə görə bir oyunda ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 41.3).
 
25.09.2022-ci il tarixində U-17 Liqasının VIII turunun “Qarabağ” – İCBFA oyununda İCBFA klubunun 9 nömrəli futbolçusu Xəzər Bayramlı hakimə etiraz etdiyinə görə bir oyunda ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.2)
.
25.09.2022-ci il tarixində U-17 Liqasının VIII turunun “Səbail” – “Xan Lənkəran” oyununun 60-cı dəqiqəsində “Xan Lənkəran” klubunun 3 nömrəli futbolçusu Fərhad Balayev düşüncəsiz hərəkət etdiyinə görə bir oyunda ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
27.09.2022-ci il tarixində U-17 Liqasının VIII turunun “Sabah” – “Şamaxı” oyununda “Şamaxı” klubunun baş məşqçisi Vəli Hüseynov meydana daxil olaraq hakimə etiraz etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
Baş Sponsor 
Partnyorlar