az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 17.11.2022 Çap
11.11.22-ci il tarixində Misli Premyer Liqasının XIV turunun “Şamaxı” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının 10 nömrəli oyunçusu Vüsal İsgəndərli oyundan sonra öz texniki zonasında olan oturacaqları qəsdən sındırdığına görə o, 1 oyun oyunlardan kənarlaşdırılsın və klub 2400 manat cərimə edilsin və stadiona dəymiş ziyan "Sumqayıt" futbol klubu tərəfindən tam ödənilsin (maddə 65.1;  maddə 65.2).
İntizam Komitəsinin qərarları
12.11.22-ci il tarixində Misli Premyer Liqasının XIV turunun “Neftçi” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin (maddə 39).
 
12.11.22-ci il tarixində Misli Premyer Liqasının XIV turunun “Neftçi” – “Qəbələ” matçında oyun bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 1600 manat cərimə edilsin (maddə 49.2).
 
13.11.22-ci il tarixində Misli  Premyer Liqasının XIV turunun “Kəpəz” – “Turan Tovuz” matçında oyun bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə “Kəpəz klubu” 1600 manat cərimə edilsin (maddə 49.2).
 
13.11.22-ci il tarixində Misli  Premyer Liqasının XIV turunun “Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin (maddə 39).
 
13.11.22-ci il tarixində Misli  Premyer Liqasının XIV turunun “Sabah” – “Qarabağ” matçında oyun bitdikdən sonra meydana kənar şəxslər daxil olduğu üçün “Sabah” klubu 1600 manat cərimə edilsin (maddə 49.2).
 
13.11.22-ci il tarixində Misli  Premyer Liqasının XIV turunun “Sabah” – “Qarabağ” oyununda “Qarabağ” azarkeşləri tərəfindən 54 ədəd oturacağın sıradan çıxarılmasına görə dəymiş ziyan “Qarabağ” klubu tərəfindən stadiona tam ödənilsin (maddə 49.4).
 
12.11.2022-ci il tarixində AFFA U-12 Qızlar Liqasının”Turan Tovuz” FK – “Gəncə İdman Liseyi” Gəncə oyununda “Gəncə İdman Liseyi” Gəncə komandası əsasnaməyə uyğun yaş limiti qaydasını pozduğuna görə “Gəncə İdman Liseyi” Gəncə klubuna 0:3 hesablı məğlubiyyət verilsin. (maddə 50.5)

 
Baş Sponsor 
Partnyorlar