az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 25.11.2022 Çap
22.11.22-ci il tarixində MOİK – “Səbail” arasında keçirilən Azərbaycan kubokunun 1/8 final oyununda təcili tibbi yardım maşınının matçın başlamasına təyin olunan vaxtdan gec gəldiyinə görə MOİK klubu 1600 manat cərimə edilsin (madddə 59.4.).
 
İntizam Komitəsinin qərarları
22.11.22-ci il tarixində MOİK – “Səbail” arasında keçirilən Azərbaycan kubokunun 1/8 final oyununda matçında xərəkdaşıyanlarla normal təmin olunmadığına görə MOİK klubuna xəbərdarlıq edilsin (maddə 11).
 
22.11.22-ci il tarixində “Şamaxı” – “Turan Tovuz” arasında keçirilən Azərbaycan kubokunun 1/8 final oyununda “Şamaxı” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin (maddə 39.).
 
22.11.22-ci il tarixində “Şamaxı” – “Turan Tovuz” arasında keçirilən Azərbaycan kubokunun 1/8 final oyununda “Şamaxı” komandasının 18 nömrəli oyunçusu, Cəlal Hüseynov ikinci sarı vərəqədən sonra qırmızı vərəqə ilə oyundan çıxarıldığı üçün o, oyunlardan 1 oyun kənarlaşdırılsın və klub 200 manat cərimə edilsin (maddə 47.1.)
 
22.11.22-ci il tarixdə “Şamaxı” – “Tovuz Turan” arasında keçirilən Azərbaycan kubokunun 1/8 final oyununda matç başa çatdıqdan sonra “Şamaxı” komandasının məşqçisi Cavid Hüseynovun birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimin qərarına kəskin etiraz edərək ona əl-qol atdığına görə o, kubok oyunlarından 6 oyun kənarlaşdırılsın, klub 4800 manat cərimə edilsin (maddə 37.10.).
 
21.11.2022-ci il tarixində Futzal üzrə Yüksək Liqanın IV turunun “Araz Naxçıvan”  -  “Neftçi” İK İB oyununda “Neftçi” oyunçusu Hassan Alı Jafarinin oyunun 32-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün Hassan Alı Jafari 1 oyun cəzalandırılsın. (maddə 47.1)
 
21.11.2022-ci il tarixində Futzal üzrə Yüksək Liqanın IV turunun “Araz Naxçıvan”  -  “Neftçi” İK İB  oyununda “Neftçi” İK İB komandasının oyunçusu İlkin Hacıyevin oyunun 35-ci dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün İlkin Hacıyev 1 oyun cəzalandırılsın. (maddə 47.2) 
 
18.11.2022-ci il tarixində Futzal üzrə Birinci Liqanın VI turunun VİFLY  -  MUM  oyununda MUM komandasının oyunçusu Əhməd Əliyev oyunun 28:18-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün Əhməd Əliyev 1 oyun cəzalandırılsın. (maddə 47.1)
 
17.11.2022-ci il tarixində Futzal üzrə Birinci Liqanın VI turunun “Rəvan”  -  “Metropoliten”  oyununda “Rəvan” komandasının qapıçısı Xalid Həsənov oyunun 23:15-ci dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün Xalid Həsənov 1 oyun cəzalandırılsın. (maddə 47.2)
 
24.11.2022-ci il tarixində Futzal üzrə Yüksək Liqanın VIII turunun “Record Club”  -  “Alyans” FK  oyununda “Record Club” komandasının oyunçusu Chinedu Stephen Awam-Agu oyunun 34-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün Chinedu Stephen Awam-Agu 1 oyun cəzalandırılsın. (maddə 47.1)
 
20.11.2022-ci il tarixində AFFA U-17 Qızlar Liqasının ”Aran” FK (Ağcabədi) – “Zaqatala” FK   oyununda “Aran” FK klubunun 4 nömrəli futbolçusu Çinarə Əhmədova oyunun 20-ci dəqiqəsində aqressiv davranışa yol verdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə Çinarə Əhmədova 1 oyun cəzalandırılsın. (maddə 37.1)

18.11.2022-ci il tarixində AFFA U-16 Liqasının XII turunun İFA – “Kəpəz” oyununda İFA klubunun 10 nömrəli futbolçusu Fərhad Rzazadənin oyunun 67-ci dəqiqəsində ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə Fərhad Rzazadə 1 oyun cəzalandırılsın. (maddə 47.1)
 
18.11.2022-ci il tarixində AFFA U-16 Liqasının XII turunun İFA – “Kəpəz” oyununda “Kəpəz” klubunun 4 nömrəli futbolçusu Seymur Xəlilov oyunun 89-cu dəqiqəsində ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə Seymur Xəlilov 1 oyun cəzalandırılsın. (maddə 47.1)
 
19.11.2022-ci il tarixində AFFA U-12 Liqasının IX turunun “Aran” FK (Ağcabədi) – “Mil-Muğan” oyununda  “Aran” FK (Ağcabədi) klubunun heyətində yetərsay olmadığı üçün baş tutmamağına görə “Aran” komandasına 0:3 hesabı ilə məğlubiyyət verilsin. (maddə 55.1) 
 
19.11.2022-ci il tarixində AFFA U-10 Liqasının IX turunun “Nabran” (Xaçmaz) – “Kavkaz” oyununda “Kavkaz” klubunun heyətində yetərsay olmadığı üçün baş tutmamağına görə “Kavkaz” komandasına 0:3 hesabı ilə məğlubiyyət verilsin. (maddə 55.1)
 
19.11.2022-ci il tarixində AFFA U-13 Liqasının IX turunun “Xocalı” – “Qarabağ” FK oyununda “Qarabağ” klubunun 7 nömrəli futbolçusu Ranar Qazıbəyov oyunun 55-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün Ranar Qazıbəyov 1 oyun cəzalandırılsın. (maddə 47.1)
 
20.11.2022-ci il tarixində AFFA U-14 Liqasının VI turunun “Məhəllə Uşaqları” (Sumqayıt)  – “Siyəzən” oyununda “Məhəllə Uşaqları” klubu oyuna vaxtında gəlmədiyi üçün oyun keçirilməməsi səbəbindən “Məhəllə Uşaqları” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin. (maddə 55.10)
 
20.11.2022-ci il tarixində AFFA U-15 Liqasının XII turunun “Azad” FK – “Zaqatala” oyununda “Zaqatala” klubunun 69 nömrəli futbolçusu Əfqan Əliyev oyunun 75-ci dəqiqəsində rəqibi aşkar qoldan məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün Əfqan Əliyev 1 oyun cəzalandırılsın. (maddə 47.1)
 
18.11.2022-ci il tarixində AFFA U-16 Liqasının XII turunun “Səbail” – EFA oyununda EFA klubunun futbolçusu Cavid Efendiyev hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün Cavid Efendiyev 4 oyun cəzalandırılsın. (maddə 41.3)
 
18.11.2022-ci il tarixində AFFA U-16 Liqasının XII turunun “Səbail” – EFA oyununda EFA klubunun azarkeşləri meydana daxil olaraq hakimlərə qarşı fiziki təzyiq göstərməsi səbəbindən EFA klubu 3 oyun azarkeşsiz keçirsin.
 
20.11.2022-ci il tarixində AFFA U-11 Liqasının   “Ramal TƏRTƏR U-11”  – “Şırvan Ağdaş U-11” oyununda “Ramal TƏRTƏR U-11”  klubu oyuna vaxtında gəlmədiyi üçün oyun keçirilməməsi səbəbindən “Ramal TƏRTƏR U-11” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin. (maddə 55.1)
 
19.11.2022-ci il tarixində AFFA U-10 Liqasının VIII turunun “Yaşma Canavarları” FK – “AZART” oyununda “Yaşma Canavarları” FK-nın baş məşqçisinin köməkçisi Hüseyn Rəhimov oyunun 27-ci dəqiqəsində meydana girib etiraz etdiyinə görə Hüseyn Rəhimov 1 oyun cəzalandırılsın. (maddə 47.3)
 
20.11.2022-ci il tarixində AFFA U-14 Liqasının IX turunun “Səbail”  – “Zirə”   oyununda “Səbail”  klubunun 4 nömrəli Hüseyn Hümbətov oyunun 45-ci dəqiqəsində rəqibi aşkar qoldan məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün Hüseyn Hümbətov 1 oyun cəzalandırılsın. (maddə 47.2)
 
20.11.2022-ci il tarixində AFFA U-12 Liqasının IX turunun “Neftçi” İK İB  – “Amasiya” FK oyununda “Neftçi” İK İB klubunun baş məşqçisi Araz Əliyevin oyunun 34-cü dəqiqəsində meydana girib etiraz etdiyinə görə Araz Əliyev 1 oyun cəzalandırılsın. (maddə 47.3)
 
20.11.2022-ci il tarixində AFFA Region Liqasının II turunun “Ərgünəş”  – “Araz” (Saatlı)   oyununda “Araz” (Saatlı)   klubunun 9 nömrəli Surac Şahbazov oyunun 67-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün Surac Şahbazov 1 oyun cəzalandırılsın. (maddə 47.1)
 
Baş Sponsor 
Partnyorlar