az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 16.02.2024 Çap
12.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXII turun “Kəpəz” – “Səbail” oyununda “Kəpəz” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);
İntizam Komitəsinin qərarları
12.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXII turun “Kəpəz” – “Səbail” oyununun fasiləsində “Kəpəz” klubunun 3 nömrəli futbolçusu Vurğun Hüseynov hakimin qərarına etiraza görə ikinci “sarı”dan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Kəpəz” klubu 500 manat cərimə edilir (maddə 42.2);
 
12.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXII turun “Kəpəz” – “Səbail” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” klubu 700 manat cərimə edilir (maddə 37);
 
13.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXII turun “Araz-Naxçıvan” – “Neftçi” oyununun fasiləsində “Araz-Naxçıvan” klubunun məşqçisi Vadar Nuriyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Araz-Naxçıvan” klubu 1500 manat cərimə edilir (maddə 42.3);
 
13.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXII turun “Araz-Naxçıvan” – “Neftçi” oyununda “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi” klubu 700 manat cərimə edilir (maddə 37);
 
13.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXII turun “Araz-Naxçıvan” – “Neftçi” oyununun 90+3-cü dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Neftçi” klubu 1000 manat cərimə edilir (maddə 43.7);
 
15.02.2024-cü il tarixində I Liqada XIV turun “Araz Saatlı” – “Zaqatala” oyununda “Araz Saatlı” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Araz Saatlı” klubu 70 manat cərimə edilir (maddə 37);
 
15.02.2024-cü il tarixində I Liqada XIV turun “Araz Saatlı” – “Zaqatala” oyununda “Araz Saatlı” klubunun baş məşqçisi Rüfət Quliyevin “A buraxılışı” vəsiqəsi olmadığına görə “Araz Saatlı” klubu 50 manat cərimə edilir (maddə 51.8);
 
13.02.2024-cü il tarixində Əvəzedicilər Liqasında XXII turun “Kəpəz-2” – “Səbail-2” oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilir (maddə 37);
 
13.02.2024-cü il tarixində Əvəzedicilər Liqasında XXII turun “Araz-Naxçıvan-2” – “Neftçi-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilir (maddə 37);
 
15.02.2024-cü il tarixində Əvəzedicilər Liqasında XXII turun “Zirə-2” – “Sumqayıt-2” oyununun 90+3-cü dəqiqəsində “Zirə-2” komandasının 87 nömrəli futbolçusu İlqar Əhmədov ikinci “sarı”dan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Zirə-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);
 
10 fevral 2024-cü il tarixində AFFA Region Liqasında keçirilən Qobustan FK-Biləsuvar FK oyununda Qobustan FK komandasının baş məşqçisi Elburus Baxşəliyev qarşılaşmanın 40-cı dəqiqəsində meydana daxil olaraq hakimə etiraz etdiyi üçün qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılsın (maddə 42.3);
 
11 fevral 2024-cü il tarixində AFFA Region Liqasında keçirilən Dirçəliş FK-ŞKGB oyununda Dirçəliş FK komandasının heyətində N11 futbolçu İlkin Məmmədəliyev qarşılaşmanın 85-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
11 fevral 2024-cü il tarixində AFFA Region Liqasında keçirilən Dirçəliş FK-ŞKGB oyununda Dirçəliş FK komandasının heyətində N14 futbolçu Nihat Rəhimli qarşılaşmanın 90-cı dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
11 fevral 2024-cü il tarixində AFFA Region Liqasında keçirilən Lənkəran FK-Zəfər-44 oyununda Lənkəran FK komandasının heyətində N18 futbolçu Elvar Abdullazadə qarşılaşmanın 85-ci dəqiqəsində texniki zonadan köməkçi hakimin və AFFA nümayəndəsinin ünvanına təhqiredici ifadələr işlətdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılsın (maddə 43.3);
 
11 fevral 2024-cü il tarixində AFFA Region Liqasında keçirilən Ramana FK-Gənclər PFM oyunu bitdikdən sonra Gənclər PFM komandasının N14 futbolçusu İxtiyar Rəsulov hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılsın (maddə 42.1);
 
 10 fevral 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən Turan Tovuz FK-Sabah FK oyununda Turan Tovuz FK komandasının heyətində N1 futbolçu Ayxan Abbaszadə qarşılaşmanın 67-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 41);
 
10 fevral 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən Turan Tovuz FK-Sabah FK oyununda Sabah FK komandasının heyətində N33 futbolçu Emin Mahmudov qarşılaşmanın 90+3-cü dəqiqəsində ciddi qayda pozuntusuna görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılsın (maddə 39.1);
 
11 fevral 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən Sabah FK-Sumqayıt FK oyununda Sabah FK komandasının heyətində N2 futbolçu Ramin Əvəzov rəqib oyunçunu vurmağa cəhd etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılsın (maddə 40.1);
 
11 fevral 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən Sabah FK-Sumqayıt FK oyununda Sumqayıt FK komandasının heyətində N11 futbolçu Ülvi Əliyev qarşılaşmanın 74-cü dəqiqəsində rəqib komandanın ünvanına təhqiredici ifadələr işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılsın (maddə 43.1);
 
4 fevral 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən Zirə PFK-Qəbələ İK oyununda Qəbələ İK komandasının baş məşqçisi Şəhruz Mustafayev qarşılaşmanın 20-ci dəqiqəsində hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 42.4);
 
11 fevral 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən İOEUGİM(Sumqayıt)-UGİŞM(Xızı) oyununda UGİŞM(Xızı)komandasının heyətində N20 futbolçu Babək Hüseynli qarşılaşmanın 54-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 41);
 
10 fevral 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən Vətən İOEUGFMPHŞ-Baku Sporting FK oyununda Vətən İOEUGFMPHŞ komandasının heyətində N17 futbolçu Kamran Hüseynli qarşılaşmanın 7-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 41);
 
10 fevral 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən Vətən İOEUGFMPHŞ-Baku Sporting FK oyununda Vətən İOEUGFMPHŞ komandasının heyətində N5 futbolçu Yusif Hacıyev qarşılaşmanın 14-cü dəqiqəsində düşüncəsiz qayda pozuntusuna görə ikinci sarı vərəqə ilə kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
10 fevral 2024-cü il tarixində AFFA U-10 Liqasında keçirilməli olan Universal FA-Azart oyunu Universal FA komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün Universal FA komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 61.5).
Baş Sponsor 
Partnyorlar