az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 21.02.2024 Çap
17.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXIII turun “Sabah” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);
İntizam Komitəsinin qərarları
18.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXIII turun “Sumqayıt” – “Turan Tovuz” oyununda meydana kənar şəxs daxil olduğuna görə “Sumqayıt” klubu 800 manat cərimə edilir (maddə 51.2);
18.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXIII turun “Sumqayıt” – “Turan Tovuz” oyununun 2-ci hissəsi “Sumqayıt” klubunun meydana gec daxil olması səbəbindən 4 dəqiqə gec başladığı üçün “Sumqayıt” klubu 1500 manat cərimə edilir (maddə 60.4);
18.02.2024-cü il tarixində Əvəzedicilər liqasında XXIII turun “Səbail-2” – “Araz-Naxçıvan-2” oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilir (maddə 37);
18.02.2024-cü il tarixində Əvəzedicilər liqasında XXIII turun “Səbail-2” – “Araz-Naxçıvan-2” oyununun 90+1-ci dəqiqəsində “Araz-Naxçıvan-2” komandasının 87 nömrəli futbolçusu Nihad Əmrahzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Araz-Naxçıvan-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);
19.02.2024-cü il tarixində Əvəzedicilər liqasında XXIII turun “Qəbələ-2” – “Qarabağ-2” oyununun 90+4-cü dəqiqəsində “Qarabağ-2” komandasının 92 nömrəli futbolçusu İbrahim Camalov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Qarabağ-2” komandası 150 manat cərimə edilir (maddə 39.1);
19.02.2024-cü il tarixində Əvəzedicilər liqasında XXIII turun “Neftçi-2” – “Zirə-2” oyununda “Zirə-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Zirə-2” komandası 70 manat cərimə edilir (maddə 37);
19.02.2024-cü il tarixində Əvəzedicilər liqasında XXIII turun “Sumqayıt-2” – “Turan Tovuz-2” oyununda “Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt-2” komandası 70 manat cərimə edilir (maddə 37);
10 fevral 2024-cü il tarixində AFFA Region Liqasında keçirilən “Qobustan” FK – “Biləsuvar” FK oyununda “Qobustan” FK komandasının heyətində N3 futbolçu Mübariz Baxşiyev qarşılaşmanın 38-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır (maddə 36.5);
18 fevral 2024-cü il tarixində AFFA Region Liqasında keçirilən “Masallı” PFK – “Lənkəran” FK oyununda “Lənkəran” FK komandasının heyətində N7 futbolçu Aqif Məlikzadə qarşılaşmanın 62-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır (maddə 41);
18 fevral 2024-cü il tarixində AFFA Region Liqasında keçirilən “Mil” (Beyləqan) FK – “Ümid” FK (Saatlı) oyununda “Ümid” FK komandasının heyətində N3 futbolçu Xəyal Məmmədov qarşılaşmanın 90+2-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır (maddə 41);
18 fevral 2024-cü il tarixində AFFA Region Liqasında keçirilən “Mil” (Beyləqan) FK – “Ümid” FK (Saatlı) oyununun 28-ci dəqiqəsində “Mil” FK-nın rəhbəri Röyal Babayev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanır (maddə 43.4);
18 fevral 2024-cü il tarixində AFFA Region Liqasında keçirilən “Göyəzən” PFK – “Bərdə” FK oyunununda “Bərdə” FK komandasının heyətində N5 futbolçu Rəcəb Zaidov qarşılaşmanın 90-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır (maddə 43.3);
17 fevral 2024-cü il tarixində AFFA Region Liqasında keçirilən “Biləsuvar” FK – “Neftçala” FK oyunununda “Neftçala” FK komandasının heyətində N6 futbolçu Xalid Səmədzadənin qarşılaşmanın 52-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır (maddə 41);
18 fevral 2024-cü il tarixində AFFA Region Liqasında keçirilən “Lokomotiv Baku” - İCBFA oyunununda “Lokomotiv Baku” komandasının heyətində N7 futbolçu Əli Nəzərovun əvəzinə protokolda adı qeyd edilməyən futbolçu iştirak etdiyinə görə “Lokomotiv Baku” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 61.2);
10 fevral 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Araz Naxçıvan” PFK – “Turan Tovuz” FK oyununda “Araz Naxçıvan” PFK komandasının heyətində N24 futbolçu Rüfət Zülfüqarlı matçın 67-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır (maddə 40.1);
17 fevral 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Araz Naxçıvan” PFK – “European Football Academy” oyununda “Araz Naxçıvan” PFK komandasının heyətində N4 futbolçu Cavid Eyvazov qeyri-idman hərəkətinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır (maddə 36.5);
17 fevral 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Araz Naxçıvan” PFK – “European Football Academy” oyununun 80-ci dəqiqəsində “European Football Academy”  komandasının heyətində N23 futbolçu Ayxan Hüseynov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır (maddə 39.1);
17 fevral 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Qarabağ” FK - İCBFA oyununda İCBFA komandasının heyətində N4 futbolçu Məhəmməd Cəfərzadən qeyri-idman hərəkətinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır (maddə 36.5);
18 fevral 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən ASTA FK – “Kəpəz” PFK oyununda “Kəpəz” PFK komandasının heyətində N1 futbolçu Əli Zeynallı qarşılaşmanın 65-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır (maddə 41);
17 fevral 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Səbail” FK – “Neftçi” PFK oyununda “Səbail” FK komandasının heyətində N5 futbolçu Kərəm Əliyev qarşılaşmanın 72-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır (maddə 41);
18 fevral 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilməli olan “Qafqaz Arena” – “Viktoriya Zaqatala” oyunu “Viktoriya Zaqatala” komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Viktoriya Zaqatala” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir. “Viktoriya Zaqatala” komandası artıq 3-cü dəfədir ki oyuna çıxmadığına görə “Viktoriya Zaqatala” komandası yarışdan kənarlaşdırılır (maddə 63.1);
18 fevral 2024-cü il tarixində AFFA U-11 Liqasında keçirilməli olan “Şəmkir” FK – UGİŞM (Tovuz) oyunu UGİŞM komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün UGİŞM komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 63.1);
15.02.2024-cü il tarixində keçirilən Futzal Yüksək Liqada “Yasamal Bakı” – “Record club” oyununda “Record club” komandasının oyunçusu Arzu Abbasov oyunun 20-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır (maddə 36.5);
15.02.2024-cü il tarixində keçirilən Futzal Yüksək Liqada “Yasamal Bakı” – “Record club” oyununda “Record club” komandasının oyunçusu Elşən Əliyev oyunun 25-ci dəqiqəsində qeyri-etik ifadə və ya hərəkət səbəbindən birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanır (maddə 43.1);
15.02.2023-cü il tarixində keçirilən Futzal I Liqanın “Baku Fire-2” – “Dəstə Ordubad” oyununda “Dəstə Ordubad” komandasının qapıçısı Emil İsrafilov oyunun 20-ci dəqiqəsində rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır (maddə 41);
18.02.2024-cü il tarixində AFFA U-17 Qızlar Liqasının “Sumqayıt” FK – “Sabah” FK oyunu "Sumqayıt" komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün “Sumqayıt” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 61.5).
Baş Sponsor 
Partnyorlar