az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 22.03.2024 Çap
18.03.2024-cü il tarixində II Liqada XVII turun “Şahdağ Qusar” – “Sheki City” oyununda “Sheki City” klubunun rəsmi şəxsləri “A Buraxılışı” vəsiqəsi taxmadığına görə “Sheki City” klubu 50 manat cərimə edilir (maddə 51.8);
İntizam Komitəsinin qərarları
18.03.2024-cü il tarixində II Liqada XVII turun “Şahdağ Qusar” – “Sheki City” oyunu bitdikdən sonra “Sheki City” klubunun 8 nömrəli futbolçusu Yusif Cəfərov rəqib komandanın üzvünə fiziki təsir göstərməyə cəhd etdiyinə görə 2 oyun cəzalanır, “Sheki City” klubu 200 manat cərimə edilir (maddə 40.2);
 
19.03.2024-cü il tarixində II Liqada XVII turun “Qusar” – “Kürmük Qax” oyununda topdaşıyanların say limiti pozulduğuna görə “Qusar” klubu 80 manat cərimə edilir (maddə 74.1);
 
19.03.2024-cü il tarixində II Liqada XVII turun “Kür-Araz” – “Cəbrayıl” oyununun 45-ci dəqiqəsində “Cəbrayıl” klubunun 1 nömrəli qapıçısı Fərman Bayramov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Cəbrayıl” klubu 80 manat cərimə edilir (maddə 41);
 
19.03.2024-cü il tarixində II Liqada XVII turun “Kür-Araz” – “Cəbrayıl” oyununun 63-cü dəqiqəsində “Kür-Araz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Kür-Araz” klubu 150 manat cərimə edilir (maddə 52.2).
 
 
Baş Sponsor 
Partnyorlar