az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 27.03.2024 Çap
23.03.2024-cü il tarixində II Liqada XVIII turun “Lerik” – “Sheki City” oyununun 48-ci dəqiqəsində “Sheki City” klubunun 4 nömrəli futbolçusu Süleyman Rauflu rəqibi aşkar qol imkanında məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Sheki City” klubu 80 manat cərimə edilir (maddə 41);
İntizam Komitəsinin qərarları
24.03.2024-cü il tarixində II Liqada XVIII turun “Kürmük Qax” – “Dinamo” oyununun 89-cu dəqiqəsində “Kürmük Qax” klubunun 85 nömrəli futbolçusu Cavidan Ömərli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Kürmük Qax” klubu 50 manat cərimə edilir (maddə 36.5);
 
24.03.2024-cü il tarixində II Liqada XVIII turun “Kürmük Qax” – “Dinamo” oyununda “Kürmük Qax” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Kürmük Qax” klubuna xəbərdarlıq edilir (maddə 43.7);
 
24.03.2024-cü il tarixində II Liqada XVIII turun “Kür-Araz” – “Şahdağ Qusar” oyununda “Kür-Araz” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Kür-Araz” klubu 70 manat cərimə edilir (maddə 37);
 
24.03.2024-cü il tarixində II Liqada XVIII turun “Kür-Araz” – “Cəbrayıl” oyununun 90+4-cü dəqiqəsində “Kür-Araz” klubunun 77 nömrəli futbolçusu Museyib Vəlizadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Kür-Araz” klubu 50 manat cərimə edilir (maddə 36.5);
 
24.03.2024-cü il tarixində II Liqada XVIII turun “Kür-Araz” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Şahdağ Qusar” klubu 70 manat cərimə edilir (maddə 37);
 
24.03.2024-cü il tarixində II Liqada XVIII turun “Kür-Araz” – “Şahdağ Qusar” oyununun 83-cü dəqiqəsində “Şahdağ Qusar” klubunun 7 nömrəli futbolçusu Salman Atluxanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Şahdağ Qusar” klubu 50 manat cərimə edilir (maddə 36.5);
 
24.03.2024-cü il tarixində II Liqada XVIII turun “Kür-Araz” – “Şahdağ Qusar” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Kür-Araz” klubu 80 manat cərimə edilir (maddə 51.2);
 
17 mart 2024-cü il tarixində AFFA Region Liqasında keçirilən “Zəfər 44” – “Biləsuvar” FK oyununda “Zəfər 44” komandasının heyətində 9 nömrəli futbolçusu Arif İsayevin qarşılaşmanın 78-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
17 mart 2024-cü il tarixində AFFA Region Liqasında keçirilən “Zəfər 44” – “Biləsuvar” FK oyununda “Biləsuvar” FK komandasının heyətində 13 nömrəli futbolçusu Emil Xanaliyevin qarşılaşmanın 80-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
17 mart 2024-cü il tarixində AFFA Region Liqasında keçirilən “Mil” (Beyləqan) – “Göyçay” FK oyunu bitdikdən sonra “Mil” komandasının azarkeşləri meydana daxil olaraq baş hakimi təhqir etdiyinə, onu vurmağa cəhd etdiyinə görə “Mil” komandasının növbəti 3 ev oyunu azarkeşsiz keçirilsin (maddə 1);
 
AFFA Region Liqasında yenidən keçirilməsi nəzərdə tutulan “VT Gəncə” – “Balakən” FK oyunu “Balakən” FK komandası oyuna gəlmədiyinə görə baş tutmamasına görə “Balakən” FK-ya 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1);
 
22 mart 2024-cü il tarixində AFFA Region Liqasında keçirilməli olan “İrəvan” FK – “Çinar Zəngilan” FK oyunu “İrəvan” İK komandası tərəfindən oyunun keçirilməsi üçün lazımi tədbirlər görmədiyinə görə baş tutmadığı üçün “İrəvan” FK-ya 0:3 hesablı texniki  məğlubiyyət verilsin (maddə 61.4);
 
17 mart 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Sumqayıt” FK – “Sabah” FK oyununda “Sabah” FK komandasının heyətində 44 nömrəli futbolçusu Riyad Süleymanovun qarşılaşmanın 37-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 41);
 
17 mart 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Sumqayıt” FK – “Sabah” FK oyununda qarşılaşmanın 90+2-ci dəqiqəsində “Sabah” FK komandasının heyətində 6 nömrəli futbolçusu Əhməd Tarverdiyevin qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
16 mart 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Sumqayıt” FK – “Turan Tovuz” FK oyununda “Turan Tovuz” FK komandasının baş məşqçisi Ülfət Mədətovun qarşılaşmanın 86-cı dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 42.4);
 
16 mart 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Sabah” FK – “Qarabağ” FK oyununda “Sabah” FK komandasının heyətində 39 nömrəli futbolçusu Xanbaba Yusiflinin qarşılaşmanın 45-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılsın (maddə 40.1);
 
16 mart 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Sabah” FK – “Qarabağ” FK oyununda “Sabah” FK komandasının heyətində 7 nömrəli futbolçusu Ağasəlim Abdullayevin qarşılaşmanın 90+3-cü qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
16 mart 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Səbail” FK – “Sumqayıt” FK oyununda “Sumqayıt” FK komandasının heyətində 6 nömrəli futbolçusu Amil Abuşovun qarşılaşmanın 79-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
16 mart 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Baku Sporting” FK – “İrəvan” FK oyununda “Baku Sporting” FK komandasının heyətində 8 nömrəli futbolçusu Umud Əkbərovun qarşılaşmanın 32-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
16 mart 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Baku Sporting” FK – “İrəvan” FK oyununda “İrəvan” FK komandasının heyətində 66 nömrəli futbolçusu Kərim Heydərovun qarşılaşmanın 80+1-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
17 mart 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Araz Saatlı” FK – “Masallı” oyununda “Araz Saatlı” FK komandasının heyətində 18 nömrəli futbolçusu Böyükkişi Axundovun qarşılaşmanın 55-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
16 mart 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən “Zirə” PFK – “Səbail” FK oyununda “Səbail” FK komandasının heyətində 16 nömrəli futbolçusu Roman Səlimlinin qarşılaşmanın 29-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
16 mart 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən “Olimpiya Ağcabədi” – “Araz Saatlı” FK oyununda “Olimpiya Ağcabədi” komandasının heyətində 2 nömrəli futbolçusu Furqan Hüseynovun qarşılaşmanın 58-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
17 mart 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən “Turan Tovuz” FK – “Azəri” (Gəncə) oyununun 15-ci dəqiqəsində “Azəri” (Gəncə) komandasının baş məşqçisi Elşən Əliyev baş hakimi təhqir etdiyinə, şərəf və ləyaqətini alçaltdığına, onu vurmağa cəhd etdiyinə görə oyun yarımçıq dayandırıldığı üçün “Azəri” (Gəncə) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin, “Azəri” (Gəncə) komandasının baş məşqçisi Elşən Əliyevin futbolla bağlı hər hansı fəaliyyətinə 1 il müddətdə qadağa qoyulsun (maddə 1);
 
16 mart 2024-cü il tarixində AFFA U-11 Liqasında keçirilən “Xəzər Bakı” – “Zirə” PFK oyununun 31-ci dəqiqəsində “Xəzər Bakı” komandasının baş məşqçisi Cəlal Həsənlinin hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 42.4);
 
17 mart 2024-cü il tarixində AFFA U-11 Liqasında keçirilməli olan “İmişli” – “Hacıqabul Şərq” oyunu “Hacıqabul Şərq” komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Hacıqabul Şərq” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir. “Hacıqabul Şərq” komandası artıq 3-cü dəfədir ki, oyuna gəlmədiyinə görə “Hacıqabul Şərq” komandası yarışlardan kənarlaşdırılsın (maddə 63.1, 63.5);
 
17 mart 2024-cü il tarixində AFFA U-11 Liqasında keçirilən “Gəncə” (Gəncə) – “Azəri” (Gəncə) oyununda “Azəri” (Gəncə) komandasının baş məşqçisi Elşən Əliyev qarşılaşmanın 24-cü dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə cəzalandırıldıqdan sonra meydançanı tərk etmədiyinə görə oyun yarımçıq dayandırıldığı üçün “Azəri” (Gəncə) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 1).

17.03.2024-cü il tarixində AFFA U-17 Qızlar Liqasının “Balxurma” (Balakən) – “Dinamo” (Balakən) oyununda “Dinamo” (Balakən) komandasının 14 nömrəli oyunçusu Diana Xanayevanın oyunun 55-ci dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etmək səbəbdən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 41);

24 mart 2024-cü il tarixində AFFA Region Liqasında keçirilən “Gənclik” İK – “Gənclər” PFM oyununda “Gənclər” PFM komandasının heyətində 14 nömrəli futbolçusu İxtiyar Rəsulovun qarşılaşmanın 57-ci dəqiqəsində hakim təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığına  görə 4 oyun cəzalandırılsın (maddə 43.3);
 
23 mart 2024-cü il tarixində AFFA Region Liqasında keçirilən “Araz” (İmişli) -  “Mil” (Beyləqan) oyununda “Mil” (Beyləqan) komandasının heyətində 99 nömrəli futbolçusu Cahangir Qurbanzadənin qarşılaşmanın 77-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 41);
 
24 mart 2024-cü il tarixində AFFA Region Liqasında keçirilən “Neftçala” FK – “Ərkivan” (Masallı) oyununda “Neftçala” FK komandasının heyətində 11 nömrəli futbolçusu Qoşqar Babayevin qarşılaşmanın 87-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
24 mart 2024-cü il tarixində AFFA Region Liqasında keçirilməli olan “İrəvan” İK – “City Baku” oyunu “İrəvan” İK komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “İrəvan” İK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 63.1); 
 
25 mart 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən İCBFA – “Turan Tovuz” FK oyununda “Turan Tovuz” FK komandasının heyətində 7 nömrəli futbolçusu Fərid Cəfərovun qarşılaşmanın 69-cu dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 4 oyun cəzalandırılsın (maddə 43.3);
 
25 mart 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən İCBFA – “Turan Tovuz” FK oyununda İCBFA komandasının heyətində 9 nömrəli futbolçusu Fərid Eyvazovun qarşılaşmanın 83-cü dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 4 oyun cəzalandırılsın (maddə 40.3); 
 
25 mart 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən İCBFA – “Turan Tovuz” FK oyununda “Turan Tovuz” FK komandasının heyətində 3 nömrəli futbolçusu Tahir Tağıyevin qarşılaşmanın 83-cü dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılsın (maddə 40.3);
 
25 mart 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən İCBFA – “Turan Tovuz” FK oyununda İCBFA komandasının 14 nömrəli futbolçusu Heydər Cəbrayılovun qarşılaşmanın 90+5-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılsın (maddə 40.3);
 
25 mart 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən İCBFA – “Turan Tovuz” FK oyununda İCBFA komandasının 5 nömrəli futbolçusu Cavid Məmmədovun qarşılaşmanın 90+5-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılsın (maddə 40.3);
 
25 mart 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən İCBFA – “Turan Tovuz” FK oyununda İCBFA komandasının 11 nömrəli futbolçusu Fərid Quliyevin qarşılaşmanın 90+5-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılsın (maddə 40.3);
 
25 mart 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən İCBFA – “Turan Tovuz” FK oyununda “Turan Tovuz” FK komandasının heyətində 5 nömrəli futbolçusu Məhəmməd Abbasovun qarşılaşmanın 90+5-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılsın (maddə 40.3);
 
25 mart 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən İCBFA – “Turan Tovuz” FK oyununda “Turan Tovuz” FK komandasının heyətində 1 nömrəli futbolçusu Dəniz Rəcəbovun qarşılaşmanın 90+5-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılsın (maddə 40.3);
 
25 mart 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən İCBFA – “Turan Tovuz” FK oyununda “Turan Tovuz” FK komandasının köməkçi məşqçisi Ruslan Abbasovun qarşılaşmanın 90+5-ci dəqiqəsində meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılsın (maddə 42.3).
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
 
 
 
Baş Sponsor 
Partnyorlar