az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 05.04.2024 Çap
02.04.2024-cü il tarixində Azərbaycan Kubokunda ½ finalın ilk oyunu “Neftçi” – “Qarabağ” görüşündə “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi” klubu 700 manat cərimə edilir (maddə 37);
İntizam Komitəsinin qərarları
02.04.2024-cü il tarixində Azərbaycan Kubokunda ½ finalın ilk oyunu “Neftçi” – “Qarabağ” görüşü bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 51.2);
 
02.04.2024-cü il tarixində Azərbaycan Kubokunda ½ finalın ilk oyunu “Neftçi” – “Qarabağ” görüşündə “Qarabağ” azarkeşləri kütləvi şəkildə rəqib futbolçuları təhqir etdiyinə görə “Qarabağ” klubu 1000 manat cərimə edilir (maddə 43.7);
 
01.04.2024-cü il tarixində II Liqada XIX turun “Sheki City” – “Şəmkir” oyununun 59-cu dəqiqəsində “Şəmkir” klubunun 12 nömrəli futbolçusu Novruz Rəhimov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Şəmkir” klubu 80 manat cərimə edilir (maddə 41);
 
02.04.2024-cü il tarixində II Liqada XIX turun “Qusar” – “Kür-Araz” oyununda “Qusar” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qusar” klubu 70 manat cərimə edilir (maddə 37);
 
02.04.2024-cü il tarixində II Liqada XIX turun “Şəfa” – “Kürmük Qax” oyununun 41-ci dəqiqəsində “Kürmük Qax” klubunun 7 nömrəli futbolçusu Qafar Qafarov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Kürmük Qax” klubu 80 manat cərimə edilir (maddə 41);
 
02.04.2024-cü il tarixində II Liqada XIX turun “Şəfa” – “Kürmük Qax” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Şəfa” klubu 80 manat cərimə edilir (maddə 51.2).
 
01.04.2024-cü il tarixində II Liqada XIX turun “Baku Sportinq” – “Füzuli” oyununda “Füzuli” klubu PFL-in elektron bazasında matçın ilkin protokolunu təyin edilmiş vaxtdan gec təsdiq etdiyinə görə “Füzuli” klubu 100 manat cərimə edilir (maddə 91);
 
01.04.2024-cü il tarixində II Liqada XIX turun “Ağdaş” – “Göygöl” oyununda “Ağdaş” klubu PFL-in elektron bazasında matçın ilkin protokolunu təyin edilmiş vaxtdan gec təsdiq etdiyinə görə “Ağdaş” klubu 100 manat cərimə edilir (maddə 91);
 
1 aprel 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Turan Tovuz” FK – “Zirə” PFK oyununda “Turan Tovuz” FK komandasının heyətində 17 nömrəli futbolçusu Kənan Məmmədlinin qarşılaşmanın 59-cu dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
30 mart 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Qəbələ” İK – “Sumqayıt” FK oyununda “Qəbələ” İK komandasının heyətində 74 nömrəli futbolçusu İslam Abduləzizovun qarşılaşmanın 72-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 41);
 
26 mart 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Qarabağ” FK – “Kəpəz” PFK oyununda “Qarabağ” FK komandasının heyətində futbolçusu Cəmil Mehdiyevin qarşılaşmanın 85-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 42.2);
 
30 mart 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Sumqayıt” FK – “Neftçi” PFK oyununda “Sumqayıt” FK komandasının heyətində 15 nömrəli futbolçusu Vəli Abbasovun qarşılaşmanın 82-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
30 mart 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “European Football Academy” – “Lion” PFK oyununda “European Football Academy” komandasının heyətində 5 nömrəli futbolçusu Nicat Hacıyevin qarşılaşmanın 43-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
30 mart 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Kəpəz” PFK – “Turan Tovuz” FK oyununda “Turan Tovuz” FK komandasının heyətində 12 nömrəli futbolçusu Telman Abbasovun qarşılaşmanın 38-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 41);
 
30 mart 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Kavkaz” – “Sumqayıt City” oyununda “Sumqayıt City” komandasının heyətində 88 nömrəli futbolçusu Nahid Ələkbərlinin qarşılaşmanın 73-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
30 mart 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən “Olimpiya” İK (Tovuz) – “Azəri” (Gəncə) oyununda “Azəri” (Gəncə) komandasının məşqçisi Fuad Ələkbərov qarşılaşmanın 29-cu dəqiqəsində meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 2 oyun cəzalandırılsın (maddə 42.3);
 
30 mart 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən “Metak” FK – “Amasiya” FK oyununda “Amasiya” komandasının heyətində 4 nömrəli futbolçusu Məhəmməd Ağamalıyevin qarşılaşmanın 48-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 41);
 
30 mart 2024-cü il tarixində AFFA U-12 Liqasında keçirilən “Kavkaz” – “Alekseyevka” (Quba) oyununda “Alekseyevka” (Quba) komandasının heyətində 4 nömrəli futbolçusu Amin Quliyevin qarşılaşmanın 37-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 41).
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
 
Baş Sponsor 
Partnyorlar