az en
News / Növbədənkənar Konfrans: Akkreditasiya üçün qeydiyyat

Növbədənkənar Konfrans: Akkreditasiya üçün qeydiyyat

AFFA Dərc olundu: 07.01.2020 Çap
Yanvarın 8-də, “Bulvar otel”də keçiriləcək AFFA-nın növbədənkənar Konfransında iştirak etmək istəyən KİV nümayəndələri bu gün – yanvarın 7-də, saat 10:00-dan 18:00-dək qeydiyyatdan keçməlidirlər.
 
Növbədənkənar Konfrans: Akkreditasiya üçün qeydiyyat
Qeydiyyatdan keçmək üçün tələb olunanlar:
 
1. Qeydiyyatdan keçənin adı, soyadı, atasının adı
2. Təmsil etdiyi KİV
3. Vəzifəsi
 
Yuxarıda qeyd olunanlar bu gün saat 18:00-a qədər [email protected] ünvanına göndərilməlidir. Müraciət edənlər qeydiyyat üçün tələb olunanların hər birini təqdim etdikdən və [email protected] ünvanından müvafiq təsdiq cavabı aldıqdan sonra qeydiyyatdan keçmiş hesab olunacaqlar.
Qeydiyyatdan keçmiş KİV nümayəndələrinə akkreditasiya vəsiqəsi yanvarın 8-də, saat 09:00-dan 09:45-dək “Bulvar otel”də veriləcək.
 
Baş Sponsor 
Partnyorlar