az en
News / U-17 (Qadınlar) Türkiyə yığması ilə qarşılaşıb

U-17 (Qadınlar) Türkiyə yığması ilə qarşılaşıb

U-17 (qızlar) Dərc olundu: 07.05.2024 Çap
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün sonuncu oyununu keçirib.
U-17 (Qadınlar) Türkiyə yığması ilə qarşılaşıb
Millimiz üçüncü matçında Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. ABFF Təlim-Məşq Mərkəzində baş tutan görüş Türkiyə kollektivinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-17 ilk iki matçında Belarus (1:3) və Qazaxıstan (2:2, penaltilərlə 1:4) kollektivlərinə məğlub olub. Türkiyə millisi isə həm Qazaxıstan (5:0), həm də Belarus (3:1) yığması üzərində qələbə qazanıb.
Baş Sponsor 
Partnyorlar