az en
News / "Qrupun qalibi Polşadakı oyunda müəyyənləşəcək”

"Qrupun qalibi Polşadakı oyunda müəyyənləşəcək”

A milli (Futzal) Dərc olundu: 11.10.2022 Çap
Futzal üzrə DÇ-2024-ün seçmə mərhələsi çərçivəsində bu gün Teodoros-Putos İdman zalında keçirilmiş Yunanıstan – Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Joze Alesio Da Silvanın səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
"Qrupun qalibi Polşadakı oyunda müəyyənləşəcək”
“Komandamı təbrik edirəm. Polşa ilə oyundan sonra oyunçuları matça daha çox psixoloji baxımdan hazırladıq. Çünki əksəriyyəti oyunun asan keçəcəyini düşürdü. Konsantrasiya mən istəyən səviyyədə deyildi. Buna görə də intizamlı oynadıq, qol buraxmadıq. Çalışırdıq ki, hesabı erkən açaq. Ardıcıl 2 qol vurduqdan sonra rəqib müdafiədən çıxmağa, əks-hücumlar qurmağa başladı. Bu da xeyrimizə işlədi. Sona 5 dəqiqə qalmış qapıçını da meydan oyunçusu ilə əvəzlədim. Hesab arasındakı fərqi artırmaq vacib idi. Çünki top fərqi yekunda həlledici ola bilər. Qrupun qalibi Polşadakı oyunda müəyyənləşəcək”.
 
Baş Sponsor 
Partnyorlar