az en
News / “Ərkivan Masallı” ölkə kubokunun qalibi olub (fotoreportaj)

“Ərkivan Masallı” ölkə kubokunun qalibi olub (fotoreportaj)

Həvəskar Dərc olundu: 23.07.2023 Çap
“ASCO Arena”da həvəskar komandalar arasında 24-cu ölkə kubokunun final oyunu keçirilib.
“Ərkivan Masallı” ölkə kubokunun qalibi olub (fotoreportaj)
Azərbaycan ordusunun yaradılmasının və hərb təhsilinin 105, Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin 65, məktəbin 45-ci buraxılışının 45 illik  yubileyinə həsr olunmuş kubokun final oyununda “Topçular” və “Ərkivan Masallı” komandaları qarşılaşıb. Görüşün əsas vaxtı 5:5 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda daha 2 qol vuran və yekunda 7:5 hesabı ilə qalib gələn “Ərkivan Masallı” komandası ölkə kubokunun qalibi olub. Final oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub. Komandalara mükafatları Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının prezidenti Rüfət Əmirov, baş katib Füzuli Nəcəfov, “Tankçılar Birliyi” komandasının rəhbəri Hacı Əzimov və futbol mütəxəssisi Ramil Əliyev veriblər.
Final oyununu idarə edən hakimlərə diplomlar, hər iki komandaya medallar, qalibə isə kubok təqdim edilib.
 
Baş Sponsor 
Partnyorlar