az en
News / AHFF-nin hesabat-seçki konfransı keçirilib (fotolar)

AHFF-nin hesabat-seçki konfransı keçirilib (fotolar)

Həvəskar Dərc olundu: 23.02.2024 Çap
Bu gün AFFA-nın inzibati binasında Azərbaycan Həvəskarlar Futbol Federasiyasının VI hesabat-seçki konfransı keçirilib.
AHFF-nin hesabat-seçki konfransı keçirilib (fotolar)
Konfransı giriş sözü ilə AHFF-nin prezidenti Rüfət Əmirov açıb. Konfrans iştirakçılarına keçən dövr ərzində görülən işlərlə bağlı video formatda hesabat təqdim edilib. Daha sonra Azərbaycan Həvəskarlar Futbol Federasiyasının prezident vəzifəsinə və İcraiyyə Komitəsinə seçkilər keçirilib. Rüfət Əmirov yenidən növbəti 5 il dövr üçün AHFF-nin prezidenti seçilib. Rəhim Əliyev (vitse-prezident), Altay Mehdiyev, Oqtay Abdullayev, Rüstəm Rəhimov, Rafiq Əsgərov və Fərhad Nağıyev isə federasiyanın İcraiyyə Komitəsinə üzv seçiliblər. AHFF-nin baş katibi Füzuli Nəcəfov növbəti dövr ərzində də baş katib funksiyasını yerinə yetirəcək.
Konfransında AFFA-nın baş katibinin müavini Kamran Vəliyev də iştirak edib.
 
Baş Sponsor 
Partnyorlar