AFFA-nın dəstəyi və Azərbaycan Həvəskarlar Futbol Federasiyasının təşkilatçılığı ilə həvəskar futbolçular arasında keçirilən XXVI Azərbaycan birinciliyində finalçılar müəyyənləşib.
Bakı, Sumqayıt və müxtəlif rayonlardan ümumilikdə 43 komandanın qatıldığı ölkə çempionatında “Məhəllə Uşaqları” və “Marafon” İK kollektivləri finala vəsiqə qazanıblar. Avqustun 24-də “Bayıl Arena”da təşkil olunacaq həlledici görüş saat 17:00-da başlanacaq.
Avqustun 31-də isə eyni stadionda ölkə kubokunun final matçı keçiriləcək. Bu turnirdə finalçılar hələ müəyyənləşməyib.