az en
News / Toplanışa yeni futbolçular cəlb olunub

Toplanışa yeni futbolçular cəlb olunub

U-17 Dərc olundu: 12.11.2020 Çap
Dünəndən Bakıda təlim-məşq toplanışına başlayan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub. Nicat Quliyev (“Sabah”), Ağadadaş Salyanski və Rəvan Kazımlının (hər ikisi “Neftçi”) əvəzinə toplanışa Sənan Ağayev (“Sumqayıt”), Sənan Ağalarov və Fuad Əhmədov (hər ikisi “Qəbələ”) dəvət olunub.
 
Toplanışa yeni futbolçular cəlb olunub
Baş Sponsor 
Partnyorlar