az en
News / “Təəssüf ki, çox tez qol buraxdıq”

“Təəssüf ki, çox tez qol buraxdıq”

U-21 Dərc olundu: 16.11.2021 Çap
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində bu gün “Bakcell Arena”da keçirilmiş Azərbaycan - Norveç oyunundan sonra təşkil olunan mətbuat konfransında baş məşqçilərin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
“Təəssüf ki, çox tez qol buraxdıq”
Milan Obradoviç (Azərbaycan millisinin baş məşqçisi): “Təəssüf ki, qapımıza doğru ilk zərbə qolla nəticələndi. Demək olar ki, ilk hissədə oyun bizim nəzarətimizdə idi. Futbolçulardan və oynadığımız oyundan razıyam. Təbii ki, nəticə bizi qane etmir. Minimum bir xal qazanmağa layiq idik. Əvvəlki oyunla müqayisədə əsas dəyişiklik oyuna nəzarətin öz əlimizdə olması idi. Təəssüf ki, çox tez qol buraxdıq. Bunlar hamısı bizim üçün bir dərsdir”.
 
Leif Gunnar Smerud (Norveç millisinin baş məşqçisi): “Bizim üçün yaxşı başlanğıc oldu. Çox vacib olan erkən qolu vurduq. Qoldan sonra da yaxşı mübarizə apardıq və bir neçə yaxşı fürsətlər yaratdıq. Buna baxmayaraq, birinci hissədə ikinci qolu vura bilmədik. Oyunun gedişində tempi artıra bilmədik və Azərbaycan millisi oyuna nəzarəti ələ aldı. Etiraf edim ki, oyunçularımızın çoxu öz normal səviyyələrinə uyğun oynamadı. Hər şeyə rəğmən Norveç layiq olduğu qələbəni qazandı”.
 
Baş Sponsor 
Partnyorlar