az en
News / U-19 (Qadınlar) 1-ci qrupda mübarizə aparacaq

U-19 (Qadınlar) 1-ci qrupda mübarizə aparacaq

U-19 (qızlar) Dərc olundu: 31.05.2022 Çap
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının final mərhələsi 2023-cü ildə Belçikada təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacağı rəqibləri müəyyənləşib.
U-19 (Qadınlar) 1-ci qrupda mübarizə aparacaq
Millətlər Liqası formatında təşkil olunacaq seçmə mərhələ oyunlarında millimiz 1-ci qrupda Xorvatiya, Monteneqro və Kipr yığmaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları 4-10 oktyabr tarixlərində Xorvatiyada təşkil olunacaq. İlkin mərhələdə A liqasının qrup qalibləri növbəti mərhələyə vəsiqə qazanacaq. Sonuncu yeri tutan komandalar isə B liqasına düşəcək. Qeyd edək ki, milli komandamız B liqasında qərarlaşıb.
Baş Sponsor 
Partnyorlar