az en
News / YO: Belarus - Azərbaycan: Məşqçi fikirləri

YO: Belarus - Azərbaycan: Məşqçi fikirləri

A Milli Dərc olundu: 02.06.2021 Çap
Bu gün Minsk şəhərindəki Milli Olimpiya Stadionunda keçirilmiş Belarus - Azərbaycan beynəlxalq yoldaşlıq oyunundan sonra təşkil olunan mətbuat konfransında baş məşqçilərin səsləndirdiyi fikirlərini diqqətinizə çatdırırıq:
 
YO: Belarus - Azərbaycan: Məşqçi fikirləri
Canni De Byazi (Azərbaycan milli komandasının baş məşqçisi): “Ağır oyun oldu. Oyunu xilas edə bildik, əziyyətli qələbə qazandıq. Oyunun böyük hissəsinə biz nəzarət edirdik. Nəticədən razı qaldım, amma yenə lazımsız səhvlər etdik. Xoşuma gəlməyən məqamlar oldu. Xüsusən, qol epizodunda böyük səhv buraxdıq. Qapı istiqamətinə 22 zərbə vurmuşuq, amma bunlardan 3-ü hədəfə gedib.
3 gün öncə Bədavi ilə söhbətimizdə qol vurmağın vaxtı gəldiyini demişdim. Sevindirici haldır ki, fərqlənməyi bacardı. Həyatda hər şeyə inanmaq lazımdır. Əgər inansan, hər şey mümkün ola bilər. Onun yaxşı keyfiyyətləri var. Əsasən standart vəziyyətlər zamanı. O ki qaldı debüt edən və sonradan oyuna daxil olan oyunçulara, çox yaxşı təsir bağışladılar. Onlardan çox razı qaldım. Onlar bizim gələcəyimizdir”.
 
Georgi Kondratyev (Belarus milli komandasının baş məşqçi vəzifəsini icra edən): “Bu gün meydanda bacardığımızı etdik. Baxmayaraq ki, optimal heyətlə mübarizə aparmırdıq. Azərbaycan millisinin oyununa bələd idik. Bilirdik ki, yaxşı futbol oynayır. Məğlub olmağımızın əsas səbəbi də məhz bu idi. Rəqib bu gün güclü idi”.
 
Baş Sponsor 
Partnyorlar