az en

İnfrastruktur

Azərbaycanda futbolun inkişaf etdirilməsi istiqamətində  görülən işlər arasında futbol infrastrukturunun təkmilləşdirilməsi və  genişləndirilməsi prioritet məsələlərdən biridir.  Bu mənada 2007-ci ildə AFFA-nın inzibatı binası,  2009-cu ildə isə AFFA “Futbol Akademiyası”  istifadəyə verilmişdir. Stadionların inkişafı baxımından 2011-2012-ci illər xüsusi ilə effektiv hesab oluna bilər. 17 yaşadək qadınlardan ibarət dünya çempionatı ərəfəsində  4 yeni stadion; Dalğa Arena, Bakcell Arena, Bayıl Arena və Binə stadionu  istifadəyə verilmişdir. 
AFFA-nın Futbol Mərkəzində milli komandalar üçün nəzərdə tutulan təlim-məşq bazasının tikintisi  yekunlaşmaq üzrədir. UEFA-nın maliyyə dəstəyi ilə tikilən bazanın 2015-ci ildə istifadəyə verilməsi planlaşdırılıb. 
Baş Sponsor 
Partnyorlar