az en

Dalğa Arena

Stadionun adi: “Dalğa Arena”
Açılış tarixi: 06.06.2011
Sahibi: AFFA
Tutumu:
6700; VIP 610; SKYBOX 11
Mərdəkan qəsəbəsində, AFFA Futbol Mərkəzinin nəzdundə inşa olunmuş “Dalğa Arena”nın açılış mərasimi 2011-ci il iyunun 6-da keçirilib. Tədbirdə FİFA-nın prezidenti Yozef Blatter, UEFA-nın prezidenti Mişel Platini, AFFA-nın prezidenti Rövnəq Abdullayev, FİFA və UEFA-nın nümayəndə heyəti, həmçinin ölkə futbol ictimaiyyətinin üəvləri iştirak edib. Y.Blatter, M.Platini və R.Abdullayev «Dalğa Arena»nın qarşısındakı rəmzi qırmızı lenti kəsdikdən sonra FİFA, UEFA və AFFA nümayəndələri stadiona baxış keçiriblər.
Qonaqlar stadionda aşağı yaş qruplarından ibarət yığmaların məşqini izləyiblər.
FİFA, UEFA və AFFA prezidentləri üzərində rəhbərlik etdikləri futbol qurumlarının loqotipləri əks olunmuş böyük ölçülü şarların bərkidildiyi ipi kəsiblər. FİFA-nın prezidenti meydanda məşq edən 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının üzvlərinə yaxınlaşaraq baş məşqçi Sissi Rayta və rəhbərlik etdiyi komandaya 2012-ci ildə Azərbaycanda təşkil olunacaq 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatında uğurlar arzulayıb, dunya çempionatı zamanı növbəti dəfə ölkəmizə səfər edəcəyini bildirib.
«Dalğa Arena» Mərdəkan qəsəbəsində, Xəzər dənizinin sahilində yerləşir. Stadionun ot örtüyü FİFA tərəfindən FİFA** keyfiyyət nişanına layiq görülmüşdür. «Dalğa Arena» AFFA futbol mərkəzinə daxildir. Bundan əlavə, AFFA Futbol Mərkəzinə iki tam ölçülü süni örtüklü məşq meydançası, çimərlik futbolu stadionu və Futbol Akademiyası daxildir (perspektiv).
 
 
 
 
 
Baş Sponsor 
Partnyorlar