az en
News / ADU-da tələbələrlə Avropa Liqası finalı ilə bağlı görüş (fotoreportaj)

ADU-da tələbələrlə Avropa Liqası finalı ilə bağlı görüş (fotoreportaj)

Avropa Liqası Dərc olundu: 21.12.2018 Çap
UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Əməliyyat Qrupu tədbirə hazırlıq məqsədilə növbəti görüşünü dekabrın 21-də Azərbaycan Dillər Universitetinin tələbə və müəllim heyəti ilə keçirib. 250-ə yaxın tələbənin iştirak etdiyi görüşdə Avropa Liqası ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqda təqdimat nümayiş olunub.
 
ADU-da tələbələrlə Avropa Liqası finalı ilə bağlı görüş (fotoreportaj)
Daha sonra tədbirin təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsuliyyətli olan AFFA ilk dəfə olaraq özünün könüllülük proqramını təqdim edib. Proqram çərçivəsində təşkilati məsələlər ilə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klasslar və sair kimi tədbirlərin keçirilməsi planlaşdırılır.
Bu proqrama qoşularaq öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar əldə etmək və futbol dünyasının bir hissəsi olmaq istəyən hər kəs www.finalbaku2019.az/volunteers linkinə keçid edərək qeydiyyat formasını doldura bilər. Qeydiyyatdan keçmiş hər kəs 2019-cu ilin fevral ayında müsahibəyə dəvət ediləcək.
Müsabiqədən keçən könüllülər üçün təlimlər 1 aprel tarixindən etibarən – 18 may tarixinə kimi davam edəcək. Təlimlər əsasən 3 fərqli sahəni əhatə edəcək: Ümumi Təlim (Oyunlar və müştəri xidmətləri barədə məlumatlar), Rol təlimi (vəzifə barədə təlim) və Məkan təlimi (könüllünün fəaliyyət göstərəcəyi obyekt barədə təlim) olacaq.
Qeydiyyatla bağlı suallarınızı [email protected] email ünvanına göndərə bilərsiniz. Məlumat üçün bildirək ki, könüllülər proqramı ilə bağlı ətraflı məlumat www.finalbaku2019.az saytında yerləşdiriləcək.
 
Baş Sponsor 
Proyekt Partnyorları