az en
News / Aleksandr Səmədov finalın səfiri olacaq

Aleksandr Səmədov finalın səfiri olacaq

Avropa Liqası Dərc olundu: 19.04.2019 Çap
UEFA Avropa Liqasının bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun daha bir səfiri müəyyənləşib. 
Aleksandr Səmədov finalın səfiri olacaq
Rusiyanın paytaxtı Moskvanın təmsilçisi “Dinamo”, “Lokomotiv”, “Spartak”, “Moskva” klublarının heyətində oynamış, hazırda Samaranın “Krılya Sovetov” komandasında çıxış edən, Rusiya milli komandasının heyətində 50-dən çox oyun keçirmiş Aleksandr Səmədov UAL Final-2019-un səfiri kimi aprelin 20-də və 21-də Moskvada keçiriləcək UEFA Avropa Liqasının “KİA Kubok Turu”nda iştirak edəcək.
 
 
Baş Sponsor 
Partnyorlar