az en
News / Final oyununun təhlükəsizliyi ilə bağlı iclas keçirilib

Final oyununun təhlükəsizliyi ilə bağlı iclas keçirilib

Avropa Liqası Dərc olundu: 05.11.2018 Çap
2019-cu il mayın 29-da Bakıda təşkil olunacaq UEFA Avropa Liqasının final oyununa hazırlıq məqsədilə müxtəlif məsələlərin müzakirə edildiyi mütəmadi iclaslar keçirilir.
 
Final oyununun təhlükəsizliyi ilə bağlı iclas keçirilib
Növbəti belə tədbir Bakı Olimpiya Stadionunda təşkil olunub. Final qarşılaşmasının təhlükəsizliyinin təmin olunması ilə bağlı iclasda UEFA nümayəndələri Andreas Schar və Deni Kistenyov, oyunun təşkili üzrə əməliyyat qrupunun üzvləri, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları iştirak edib.
 
Baş Sponsor 
Partnyorlar