az en
News / Millimiz İngiltərə yığmasını məğlub edib

Millimiz İngiltərə yığmasını məğlub edib

Çimərlik futbolu Dərc olundu: 26.08.2016 Çap
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Katanya şəhərində təşkil olunmuş Avropa Liqasının Super Final mərhələsində bu gün ikinci oyununu keçirib.
Millimiz İngiltərə yığmasını məğlub edib
Millimiz İngiltərə yığmasını Sabir Allahquliyev və Hikmət Bağırovun vurduğu qollarla 2:0 hesabı ilə məğlub edib.
Dünən turnirdəki ilk oyununda futbolçularımız Türkiyə komandasına 5:3 hesabı ilə qalib gəlmişdi.
Millimiz növbəti oyununu avqustun 27-də, saat 13:30-da Çexiya yığmasına qarşı keçirəcək.
 
Baş Sponsor 
Partnyorlar