Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində təşkil olunan Avropa Liqası (Euro Beach Soccer League) turnirində ikinci oyununu keçirib. Bu gün İspaniya millisi ilə qarşılaşan futbolçularımız 0:6 hesabı ilə məğlub olub.
Millimiz turnirdə son oyununu sabah Türkiyə yığmasına qarşı keçirəcək.