az en
News / “Neftçi” və “Səbail” ilk oyununu keçirib

“Neftçi” və “Səbail” ilk oyununu keçirib

Avropa Liqası Dərc olundu: 12.07.2019 Çap
“Neftçi” və "Səbail" UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində ilk oyununu keçirib.
 
“Neftçi” və “Səbail” ilk oyununu keçirib
Kişinyovda “Speranta Nisporeni” klubu ilə üz-üzə gələn “Neftçi” 3:0 hesabı ilə qələbə qazanıb. Paytaxt təmsilçisinin heyətində Emin Mahmudov penalti zərbəsini dəqiq yerinə yetirib. Digər qolları Stiven Monroz və Rəhman Hacıyev vurub.
“ASCO Arena”da Rumıniyanın “Universitatea Craiova” klubu ilə qarşılaşan “Səbail” isə 2:3 hesabı ilə məğlub olub. Təmsilçimizin heyətində Ağabala Ramazanov dubl edib.
Bu komandalar arasında cavab qarşılaşmaları iyulun 18-də keçiriləcək.
 
Baş Sponsor 
Proyekt Partnyorları