az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 16.03.2017 Çap
UEFA-dan daxil olmuş “danışılmış oyunlarla” bağlı hesabatlara və AFFA-nın İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsaslanaraq, “danışılmış oyunlarda” iştirak edən futbol subyektləri ilə bağlı aşağıdakı qərarlar qəbul edilsin:
 
İntizam Komitəsinin qərarları
- Aşağıda adları göstərilmiş 9 futbolçunun “danışılmış oyunlarda” iştirakı qismən sübut edildiyinə görə, onlara 2016/17 futbol mövsümünün sonuna qədər futbola aid hər bir məşğuliyyət qadağan edilsin:
 
Şahdağ (Qusar)
1. İqrar Səmədov
2. Uce Cukenyere
 
Rəvan (Bakı)
1. Elvin Əliyev
2. Cəmşid Məhərrəmov
 
Göyəzən (Qazax)
1. Arzuman Vəliyev
2. Tunar Şahtaxtinski
 
Energetik (Mingəçevir)
1. Elvin Əlizadə
2. Kamran  Lalayev
3. Ruslan Həmidov
 
- Adları “danışılmış oyunlarda” ən çox hallanan “Rəvan” FK və “Şərurspor” FK I diviziondan kənarlaşdırılsın.
- Hər iki klub I divizionda oyunların  50 % -dən çoxunda iştirak etdyinə görə hər iki kluba növbəti oyunlarında  0:3 hesablı texniki məğlubiyyət verilsin.
- I Diviziondan kənarlaşdırılmış “Rəvan” FK və “Şərurspor” FK-nın oyunçularına “azad agent” statusu verilsin.
- Adları “danışılmış oyunlarda” hallanan “Şahdağ” FK, “Energetik” FK, “Bakılı” FK və “Göyəzən” FK-ya xəbərdarlıq edilsin. Bu klubların “danışılmış oyunlarda” iştirakı ilə bağlı hər hansı yeni fakt qeydə alınarsa, bu klublar I Diviziondan kənarlaşdırılsın.
- Hakim Anar Niyazova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilsin.
- “Şahdağ” FK-nın inzibatçısı Rəfael Kübərova 2 il müddətinə futbola aid hər bir məşğuliyyət qadağan edilsin.
 
14 mart 2017-ci il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının XXII turunun “Neftçi” – “Qəbələ” matçının 83 - cü dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur (maddə 52).
13 mart 2017-ci il, 2016/2017 mövsümündə, XXV Topaz  Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXII turunun “Neftçi” – “Qəbələ” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur  (maddə 40).
13 mart 2017-ci il, 2016/2017 mövsümündə, XXV Topaz  Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXII turunun “İnter” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur  (maddə 40).
9 mart 2017-ci il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XIX turunun “Səbail” – “Turan Tovuz” matçının 90+2 - ci dəqiqəsində “Səbail” klubunun 3 №-li futbolçusu Saşa Yunisoğlu sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
9 mart 2017-ci il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XIX turunun “Energetik” – “Ağsu” matçında “Energetik” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40). Oyunun 90+3-cü dəqiqəsində “Energetik” klubunun baş məşqçisi Sahib Qocayev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun texniki zonadan uzaqlaşdırılır, klub 400 manat cərimə olunur (maddə 42.4).
9 mart 2017-ci il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XIX turunun “Qaradağ Lökbatan” – “Şahdağ” matçının 73-cü dəqiqəsində “Şahdağ” klubunun 19 №-li futbolçusu Elçin Sədullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
10 mart 2017-ci il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XIX turunun MOİK – “Rəvan” matçının 65-ci dəqiqəsində “Rəvan” klubunun 21 №-li futbolçusu Taqim Novruzov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
10 mart 2017-ci il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XIX turunun “Bakılı” – “Şəmkir” matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
11 mart 2017-ci il, U-19 Liqasında “İnter” – “Vətən” matçının 82-ci dəqiqəsində “Vətən” klubunun 96 №-li futbolçusu Ceyhun Rəcəbli hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır(maddə 42.3).
11 mart 2017-ci il, U-19 Liqasında AZAL – “Vətən” matçının 44-cü dəqiqəsində “Vətən” klubunun 4 №-li futbolçusu Rusif İbişov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
8 mart 2017-ci il, U-19 Liqasında “Kəpəz” – “Şərurspor” matçında “Şərurspor” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
6 mart 2017-ci il, Bakcell U-17 Liqasında “Vətən” – “Qəbələ” matçının 90-cı dəqiqəsində “Vətən” klubunun 15 №-li futbolçusu Sultan Mustafayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
6 mart 2017-ci il, Bakcell U-17 Liqasında, “Kəpəz” – “Zirə” matçının 75-ci dəqiqəsində “Kəpəz” klubunun 76 №-li futbolçusu Sadiq İsmayılov və “Zirə” klubunun 99 №-li futbolçusu Riad Abbaszadə aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyun cəzalanır (maddə 38.1).
11 mart 2017-ci il, Boulevard U-15 “Zirə” – “Vətən” matçı başa çatdıqdan sonra “Vətən” klubunun 23 №-li futbolçusu Cavad Qurbanlı hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).
12 mart 2017-ci il, Boulevard U-15 “Kəpəz” – “Gəncə” TİM matçının 58-ci dəqiqəsində “Kəpəz” klubunun 88 №-li futbolçusu Pərvin Zeynalov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
11 mart 2017-ci il, U-13 Liqasında “Seperadi Bələdiyyəsi” – “Xəzər Lənkəran” matçında “Seperadi Bələdiyyəsi” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
11 mart 2017-ci il, U-13 Liqasında “Rəvan” – “Neftçi” matçı başa çatdıqdan sonra “Rəvan” klubunun 1 №-li futbolçusu Elvin Ələkbərov və  “Neftçi” klubunun 4 №-li futbolçusu Oruc Məmmədov  bir-birini təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 2 oyun cəzalanır (maddə 42.1).
11 mart 2017-ci il, U-13 Liqasında “Mançester Yunayted” – “İnter” matçında “İnter” klubunun məşqçisi Vəli Hüseynov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).
12 mart 2017-ci il, U-13 Liqasında “Qarabağ” – “Təhsil FM” matçının 8-ci dəqiqəsində “Qarabağ” klubunun 5 №-li futbolçusu Tural Hümmətli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
12 mart 2017-ci il, U-13 Liqasında, “Azəri TİM” – UGİM matçının 25-ci dəqiqəsində “Azəri TİM” klubunun 13 №-li futbolçusu Fərman Məmmədov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.3).
8 mart 2017-ci il, U-13 Liqasında AZAL – “Qaradağ” İK matçında “Qaradağ” İK klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
 
Baş Sponsor 
Partnyorlar