az en
News / “Qaçırdığımız penalti oyunda dönüş nöqtəsi oldu”

“Qaçırdığımız penalti oyunda dönüş nöqtəsi oldu”

Çimərlik futbolu Dərc olundu: 23.06.2018 Çap
Çimərlik futbolu üzrə Avropa Liqasında (Euro Beach Soccer League Baku 2018) bu gün Belarus yığması ilə qarşılaşan Azərbaycan millisinin baş məşqçisi Zeynal Zeynalovun oyunla bağlı affa.az-a açıqlamasını diqqətinizə çatdırırıq:
 
“Qaçırdığımız penalti oyunda dönüş nöqtəsi oldu”
“Rəqib səviyyə baxımından bizdən üstün idi. Çalışdıq mübarizə aparaq və bu müəyyən qədər alındı. Qaçırdığımız penalti oyunda dönüş nöqtəsi oldu. Buna görə heç kimi qınamıram. Futbolda səhvlər qaçılmazdı. Komandamdan narazı deyiləm. Portuqaliya ilə oyunda qələbə qazanmağa çalışacağıq. Biz A divizionunda yeniyik və burdakı komandaların səviyyəsi fərqlidir. Üstəlik, hər bir oyun bizim üçün əlavə motivasiyadı. Ona görə də, Portuqaliyaya qarşı komandanı xüsusi motivasiya etməyə ehtiyac yoxdu. Rəqibin adı, eləcə də oyunların doğma meydanda keçirilməsi qələbə qazanmağımız üçün əsas stimul olacaq”.
 
 
Baş Sponsor 
Partnyorlar