az en
News / UEFA Avropa Liqasındakı rəqiblərimiz bəlli oldu

UEFA Avropa Liqasındakı rəqiblərimiz bəlli oldu

Avropa Liqası Dərc olundu: 19.06.2017 Çap
2017/2018-cı il mövsümündə ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək klublarımızın rəqibləri müəyyənləşib. 
 
 
 
UEFA Avropa Liqasındakı rəqiblərimiz bəlli oldu
Mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq “İnter” Serbiyanın “Mladost Lucani”, “Zirə” isə Lüksemburqun “Differdange” komandası ilə qarşılaşacaq. Yarışa ikinci təsnifat mərhələsindən qoşulacaq “Qəbələ” “Jagiellonia Bialystok” (Polşa) // “Dinamo Batumi” (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək. 
Püşkə əsasən, “Zirə” – “Differdange” cütünün qalibi ikinci təsnifat mərhələsində “Astra” (Rumıniya), “Mladost Lucani” – “İnter” cütünün qalibi isə “Fola” (Lüksemburq) - “Milsami” (Moldova) cütünün qalibi ilə qarşılaşacaq. 
Birinci təsnifat mərhələsinin oyunları iyunun 29-da və iyulun 6-da, ikinci təsnifat mərhələsinin qarşılaşmaları isə iyulun 13-də və 20-də keçiriləcək. 
 
Baş Sponsor 
Partnyorlar