az en
News / AFFA-nın əməkdaşları UEFA-nın konfransında iştirak ediblər

AFFA-nın əməkdaşları UEFA-nın konfransında iştirak ediblər

Lisenziya Dərc olundu: 13.11.2023 Çap
8-9 noyabr tarixlərində Kiprin Limassol şəhərində UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda illik konfrans keçirilib.
AFFA-nın əməkdaşları UEFA-nın konfransında iştirak ediblər
Konfransda AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov və maliyyə meyarları üzrə ekspert Aynur Abdullayeva iştirak ediblər.
 
Konfransda aşağıdakı mövzular müzakirə olunub:
 
•  Ötən lisenziyalaşdırma mövsümünün icmalı;
•  Kiprdə futbolun inkişafı;
•  Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı qaydalarında yeniliklər;
•  UEFA-nın klub yarışlarında növbəti mövsümdən etibarən baş verəcək dəyişikliklər;
•  Klubların Lisenziyalaşdırılmasında hüquqi məsələlər;
•  Qadın futbolu və klubların lisenziyalaşdırılması və s.
   
Konfrans zamanı “Qadın futbolunda standartlarının yüksəldilməsi” mövzusunda aparılmış müzakirələrdə Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov iştirak edib.
Baş Sponsor 
Partnyorlar