AFFA-nın Apellyasiya Arbitraj Tribunalının 18 iyun 2025-ci il tarixli iclasında müzakirə olunan məsələlər:
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının 6 iyun 2025-ci il tarixli iclasında əlavə araşdırmaların aparılması, tərəflərin dinlənilməsi və sübutların hərtərəfli təhlil edilməsinin zəruriliyi ilə əlaqədar təxirə salınmış Şamaxı FK və Laçın Mərkiz FK tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması barədə
“Şamaxı” Futbol Klubu barəsində verilən qərardan şikayətə baxılmasına dair
1. “Şamaxı” FK tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin.
2. 22 aprel 2025-ci il tarixdə AFFA U-15 Liqasında Şamaxı FK–Metak FK arasında keçirilən oyunda Şamaxı FK-nın adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçisi Vüqar Süleymanovun pozuntuya yol verməsinə görə ona AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinə əsasən müstəsna hal kimi 1 il müddətinə futbola aid hər hansı bir məşğuliyyəti qadağan etmə cəzasının təyin edilməsi barədə AFFA İntizam Komitəsinin 21 may 2025-ci il tarixli qərarı əsassız və AFFA İntizam Məcəlləsinə zidd olduğuna görə ləğv edilsin.
3. Şamaxı FK-nın məşqçisi Vüqar Süleymanov 6 oyun kənarlaşdırılsın və Şamaxı FK 500 manat məbləğində cərimə edilsin
4. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.
5. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
“Laçın Mərkiz” Futbol Klubu barəsində verilən qərardan şikayətə baxılmasına dair
1. “Laçın Mərkiz” FK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.
2. 10 may 2025 ci il tarixdə AHFF-nin Həvəskarlar liqasında Laçın Mərkiz FK - İstiqlal FK arasında keçirilməli olan oyun zamanı komandanın üzvlərinin geyimləri ilə bağlı yaranmış ziddiyyətlə ələqədar olaraq oyunun baş tutmadığı üçün hər iki komandaya xəbərdarlıq edilməsi və oyunun yenidən keçirilməsi barədə AFFA İntizam Komitəsinin 14 may 2025-ci il tarixli qərarı qüvvəsində saxlanılsın.
3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.