az en
News / Apellyasiya Arbitraj Tribunalının qərarları

Apellyasiya Arbitraj Tribunalının qərarları

Apellyasiya Arbitraj Tribunalı Dərc olundu: 13.10.2025 Çap
“Kür-Araz” FK tərəfindən klubun oyunçusu Elnur Məmmədov barəsində AFFA İntizam Komitəsinin qəbul etdiyi qərardan verilən apellyasiya şikayətinə Apellyasiya Arbitraj Tribunalında baxılmasına dair qərar qəbul edilmişdir:
Apellyasiya Arbitraj Tribunalının qərarları
1. “Kür-Araz” FK tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
2. 16.09.2025-ci il tarixdə II Liqada II turun “Göygöl” – “Kür-Araz” klubları arasında keçirilən futbol qarşılaşmasından sonra “Kür-Araz” komandasının heyətində həmin oyun zamanı “kapitan” kimi çıxış edən 14 nömrəli futbolçu Elnur Məmmədovun hakimin ikinci sarı vərəqəsindən sonra qırmızı vərəqə aldığına və oyunun hakimlərini təhqir etdiyinə görə 4 oyun cəzalanması, “Kür-Araz” FK isə 1000 manat cərimə edilməsi barədə AFFA İntizam Komitəsinin 18.09.2025-ci il tarixli qərarı qüvvədə saxlanılsın.
3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
Baş Sponsor