az en
News / Belarus - Azərbaycan: Məşqçi fikirləri

Belarus - Azərbaycan: Məşqçi fikirləri

A Milli Dərc olundu: 01.06.2021 Çap
Sabah saat 20:00-da, Minskdə keçiriləcək Belarus - Azərbaycan beynəlxalq yoldaşlıq oyunu ərəfəsində hər iki komandanın təşkil etdiyi mətbuat konfransında baş məşqçilərin səsləndirdiyi fikirlərini diqqətinizə çatdırırıq:
 
Belarus - Azərbaycan: Məşqçi fikirləri
Georgi Kondratyev (Belarus milli komandasının baş məşqçi vəzifəsini icra edən): “Azərbaycan milli komandasının son 5 oyununu izləmişəm. Komanda bu oyunlarda yaxşı futbol nümayiş etdirib. Bəxt onlardandan üz döndərməsəydi, nəticə əldə edərdilər. İtaliyalı baş məşqçinin rəhbərliyi altında intizamlı futbol oynamağa üstünlük verirlər. Komandanın hər bir mövqeyində lider futbolçular var. Maksim Medvedvev, Emin Mahmudov, Ramil Şeydayevin adlarını qeyd edə bilərəm. Bizim komandada hazırda nəsildəyişmə prosesi gedir, gənc komandayıq. Azərbaycanla oyun bizə çox çətin olacaq. Şadam ki, belə bir komanda ilə oynamaq imkanı əldə etmişik. Bu cür beynəlxalq səviyyəli oyunlar komandanın inkişafına müsbət təsir edir. Sabah oyuna nəzarət etməli və daha aqressiv futbol oynamalıyıq”.
 
Canni De Byazi (Azərbaycan milli komandasıın baş məşqçisi): “10 aydır birlikdəyik, həmişə istəyirik hücum futbolu oynayaq. Təbii ki, vaxtımız azdır. Çalışırıq bu az vaxtda maksimumu edək. Oynadığımız oyunlarda yaxşı futbol nümayiş etdirsək də, nəticə olmadığı üçün ürəkdən sevinə bilmirik. Daha diqqətli olmalıyıq, situasiyanı doğru qiymətləndirməiyik. Belarus millisi gənc komandadır, yeni baş məşqçiləri var. Yeni çalışdırıcının ilk oyunu olacaq. Rəqibi az tanıyırıq, bu da bizim işimizi bir qədər çətinləşdirir. Keyfiyyətli oyunçulardan təşkil olunub. Düzdür, son oyunda Dünya sıralamasında ilk pillədə olan Belçika millisinə böyükhesablı məğlub olublar, amma bu, onların yaxşı, keyfiyyətli futbolçularının olduğu həqiqətini dəyişmir. Onu da qeyd edim ki, Belarus millisi də bizi hardasa 40 pillə qabaqlayır.  
 
Təxminən Türkiyə ilə oyunda şans verdiyim futbolçular meydanda olacaq. Təbii ki, müəyyən istisnalar qaçılmazdır. Bəhlul Mustafazadə və Elvin Bədəlov hazır olmadıqları üçün oynamayacaq. Türkiyə ilə müqayisədə burada havanın hərarəti fərqlidir. İnanıram ki, bu amil daha çox mübarizə aparmağımıza kömək edəcək”.
 
Baş Sponsor 
Partnyorlar