az en
News / “Futbolçular Azərbaycan xalqını sevindirmək istəyirlər"

“Futbolçular Azərbaycan xalqını sevindirmək istəyirlər"

Məşqçilər Dərc olundu: 04.09.2025 Çap
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də “Lauqardalsvollur” stadionunda keçiriləcək İslandiya - Azərbaycan oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Fernandu Santuş və komandamızın kapitanı Emin Mahmudovun səsləndirdiyi fikirləri nəzərinizə çatdırırıq:
“Futbolçular Azərbaycan xalqını sevindirmək istəyirlər"
Fernandu Santuş: “Sabah seçmə mərhələnin ilk oyununa çıxacağıq. Hamı birinci matçında uğurlu nəticə qazanmaq istəyir. Rəqibi təhlil etmişik, çox yaxşı təşkilatlanıb. Topa sahib olmağı xoşlayan komandadır. İslandiya millisi haqqında bütün məlumatları futbolçularımıza çatdırmışam. Oyunboyu təslim olmurlar, futbolçuları yerli publikanın dəstəyini daim hiss edirlər. Çox yaxşı çempionatlarda çıxış edən təcrübəli oyunçuları var. Millinin əsasını ölkə xaricində oynayanlar təşkil edir. Amma biz də qələbə qazanmağa çalışacağıq. Sabahkı görüşə tam hazır olacağıq. Əsas odur ki, futbolçularımız çox istəklidirlər, tam şəkildə kökləniblər. Hər biri Azərbaycan xalqını qələbə ilə sevindirmək istəyir. Əminliklə deyə bilərəm ki, həm sabah, həm də qarşıdakı matçlarda futbolçularımız qələbə qazanmaq, tarix yazmaq üçün əllərindən gələni edəcəklər".
Emin Mahmudov: “Bizi sabah ağır oyun gözləyir. Neçə gündür buradayıq, yaxşı hazırlaşmışıq. İnanırıq ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirib, uğurlu nəticə qazana bilərik. Millidə qol rekordunu yeniləmək barədə çox düşünmürəm. Daha çox milliyə necə xeyir verə biləcəyim haqqında fikirləşirəm. Komandada ab-hava, motivasiya çox böyükdür. Millidə oynamaqdan böyük motivasiya ola bilməz. Hamımız eyni düşüncə ilə meydana çıxacağıq. Sabah meydanda sözümüzü deməyə çalışacağıq".
 
Baş Sponsor